Minlərlə sumqayıtlı məşəlin qarşılanmasını izləyib
Tarix: 01.06.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.
İlk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılanıb. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izləyib.
Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul edib. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.
Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.
Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Avropa Oyunlarının məşəlinin qarşılanması mərasimindən aldığı xoş təəssüratı bölüşən şəhər sakini Türkan Hidayətova ürək sözlərini belə ifadə edib: “Sumqayıtın Avropa Oyunlarının məşəlinə qucaq açması yaddaşımızdan silinməyəcək. Belə möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir. Bu, hər ölkəyə nəsib olmur. Azərbaycan özünün inkişafı, qazandığı nailiyyətlər və idmançılarının uğurları sayəsində bu zirvəyə yüksəlib. İnanıram ki, idmançılarımız bu yarışlarda da qələbələr əldə etməklə bizi sevindirəcəklər”.
Məşəl estafetini izləyənlər arasında ağsaqqal Tamerlan Əzizov da olub. Sevinc hissini paylaşan T.Əzizov deyib: “Nəhayət, Avropa Oyunlarının məşəli Sumqayıta da gəlib çatdı. Bu gün Sumqayıt qədim Atəşgah məbədindən alovlandırılan məşəlin işığına toplaşıb. Bu günlər ölkəmizin hər yerində olduğu kimi, Sumqayıtda da bayram əhval-ruhiyyəsi yaşanır. Belə bir möhtəşəm idman tədbirinə ilk dəfə Azərbaycanın ev sahibliyi etməsi dünyanın diqqətini ölkəmizə çəkəcək. Bakıya gələn hər kəs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə şahidlik edəcək. Bu Oyunlar Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək”.
Şəhər sakini Dilşad Mustafayeva isə sevinc hisslərini dilə gətirərək bildirib ki, Avropa Oyunlarının məşəlinin Odlar diyarının hər bir guşəsinə səfər etməsi xalqımızın bu möhtəşəm tədbirə necə ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. O deyib: “Sumqayıtlılar bu günü bayram kimi qeyd edirlər. Biz ölkəmizin bu uğuruna görə Prezidentimizə minnətdarıq. Azərbaycan artıq beynəlxalq tədbirlərin ünvanına çevrilib. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də bu mənada təsadüfi deyil. Bu, ilk növbədə, sürətli sosial-iqtisadi inkişaf, əmin-amanlıq, möhkəm ictimai-siyasi sabitliklə sıx bağlıdır”.
Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info