Hyustonda Azərbaycanın milli bayramına həsr edilmiş konsert olub
Tarix: 01.06.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Hyustonda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş konsert keçirilib.
Türkiyənin Hyustondakı konsulluğu, Azərbaycan Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil edilən konsertdə türkiyəli müğənni Oya Ergün (soprano), azərbaycanlı pianoçu-orqançalan Cəmilə Cavadova Spitsberq və pianoçu Nərminə Əliyeva Sevda İbrahimova, Tofiq Quliyev və Vasif Adıgözəlovun əsərlərini ifa ediblər ifa ediblər.
Türkiyənin Hyustondakı konsulu Ferhad Alkan tədbiri açaraq, Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Sonra Hyuston şəhərindəki Azərbaycan Mərkəzinin başçısı İradə Axundova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında qısa məlumat verib. O bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub.
Sonra Hyuston şəhər şurasının üzvü Robert Qalleqos Azərbaycan Mərkəzinin başçısı İradə Axundovaya şəhərin meri Annis Parkerin Hyuston ilə Bakı arasında sıx əlaqələrdən və ikitərəfli münasibətlərin inkişafında Azərbaycan icmasının rolundan danışılan proklamasiyasını təqdim edib.
Azərbaycan Mərkəzinin başçısına Hyuston merinin proklamasiyası ilə bərabər, Texas ştatının Nümayəndələr Palatasının üzvü Alma Allenin, ABŞ konqresmenləri Cin Qrin və Pit Olsenin fərdi qətnamələri təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info