“Oyunlarda İtaliyanı uğurla təmsil etmək üçün əlimdən gələni edəcəyəm”
Tarix: 01.06.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Avropanın ən möhtəşəm idman tədbirinin – “Bakı-2015” ilk Avropa Oyunlarının başlanması ərəfəsində İtaliyanın bu yarışlara qatılacaq idmançılarını daha yaxından tanımaq imkanı yaranır. Bu ölkəni su polosu idman növü üzrə təmsil edəcək komandanın üzvü Edoardo Manzi yarışlara çox böyük həyəcan və məsuliyyətlə hazırlaşır.
Gənc atlet idman karyerası və yarışlarla bağlı təəssüratlarını bu sözlərlə ifadə edib: “Su polosu mənim üçün böyük həyəcan və zövqdür. Sonsuz sevgi ilə yanaşdığım bu idman növü ilə tanışlığım 9 il əvvəl başlayıb. Bu gün artıq su polosu mənim ən böyük məşğuliyyətimə və əsas işimə çevrilib. Hazırlıq və məşqləri hər gün davam etdirirəm. Bütün imdançılar kimi mənim də hədəfim qarşıya qoyduğum məqsədlərə çatmaq və iştirak etdiyim yarışlarda yüksək nəticələr göstərməkdir”.
E.Manzi yarışlarda bütün potensialını göstərmək üçün hazırlıqları davam etdirir: “Bakıya İtaliyanı qürurla təmsil etmək və ilk Avropa Oyunlarının ən yüksək pilləsinə qalxmaq məqsədilə gedirik. Bu yarışların önəmini çox yaxşı dərk edirik. Bilirik ki, güclü rəqiblər qarşısında mübariz, psixoloji və fiziki cəhətdən hazır olmalıyıq. Bu bir komanda oyunudur. İlk Avropa Oyunlarında iştirak edəcəyim üçün çox həyəcanlıyam. Bakıda İtaliyanı su polosu komandasının üzvü kimi təmsil edəcəyimi biləndə çox qürurlandım. Bu, gələcək karyerama da müsbət təsir göstərəcək. Komandamızda yaratdığımız harmoniya yüksək enerji nümayiş etdirməyə, texniki bacarıqlarımızı, yüksək hazırlığımızı göstərməyə imkan yaradacaq. Yarışlarda ölkəmi uğurla təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, digər italiyalı idmançılar da mənim kimi düşünürlər və biz bu yarışlardan vətənimizə fəxrlə qayıdacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info