Xızı məşəlin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub
Tarix: 01.06.2015 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basıb.
Bu regionda məşəlin ilk qarşılanma mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı şəhərində keçirilib.
Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyət nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olunub. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib ümummilli liderin adını daşıyan parka gəliblər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd ediblər.
Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.
Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izləyiblər.
Qarşılanma mərasiminin birbaşa iştirakçısı olan məşəldar Ağəli Əsgərov tarixi hadisənin sevincini bölüşərək bildirib ki, bu, onun həyatında ən yaddaqalan günlərdən biridir. “Bu mötəbər yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətini illər keçdikcə daha dərindən anlayacağıq. İndi ilk Olimpiya Oyunlarından danışanda Yunanıstan, futbol üzrə ilk dünya çempionatından bəhs edəndə Uruqvay yada düşürsə, birinci Avropa Oyunları haqqında danışılanda da Azərbaycanın adı çəkiləcək. Mən bununla qürur duyuram. Bütün həmvətənlərimiz ölkəmizlə fəxr edir.”
Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin metodisti Məsmə Nuriyeva da əlamətdar hadisənin bir parçası olduğu üçün özünü xoşbəxt saydığını bildirib. “Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət olduğunu bir daha göstərəcək. Ölkəmizin bütün vətəndaşları Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin daha da güclənməsi üçün çalışırlar. Uğurlarımız daha da çox olacaq. Mötəbər turnirdə iştirak edəcək idmançılarımıza uğurlar diləyirəm.”
Güləş üzrə məşqçi-müəllim Variz Rzayev xoş təəsürratlarını bölüşərək deyib: “Məşəlin Xızıda alovlandırılacağı günü səbirsizliklə gözləyirdik. Mərasimin necə coşquyla keçdiyinin şahidi olduq. Artıq 11 gündən sonra ölkəmizdə Avropanın ən mötəbər yarışına start veriləcək. İdmançılarımızın uğurları ilə bərabər birinci Avropa Oyunlarına ev sahibliyi etməkdən də həzz alacağıq”.
Xızı birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub.
İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində möhtəşəm Alov festivalı keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info