Küveyt qəzeti ölkəmizin sürətli inkişafından yazıb
Tarix: 01.06.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Küveytin geniş oxucu auditoriyasına malik “Əl-Qabas” qəzetinin 31 may tarixli nömrəsində Azərbaycanla bağlı məqalə dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər ki, jurnalist xanım İqbal Əl-Əhmədin müəllifi olduğu “Küveyt və Azərbaycan arasında oxşar istiqamətlər” adlı məqalədə hər iki xalqın taleyindəki bənzərliklərdən, Azərbaycanda gedən sürətli inkişaf proseslərindən bəhs edilir.
Müəllif qeyd edir ki, 1991-ci il hər iki xalqın həyatında dönüş nöqtəsi olub. Küveyt 1991-ci ildə işğaldan azad edilib və ölkədə hər şey sıfırdan başlayıb. Uzun illər Sovet İttifaqının əsarəti altında olan Azərbaycan isə 1991-ci ildə müstəqilliyini bərpa edib. Xalq öz istiqlaliyyəti uğrunda mübarizə aparıb və bizim kimi hər şeyi sıfırdan başlamalı olub.
Beləliklə, hər iki ölkə 1991-ci ildən etibarən inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan qısa müddətdə sürətlə inkişaf etdi. Ölkədə insan hüquqları, tikinti-quruculuq sahəsində böyük nailiyyətlər əldə olundu.
İqbal Əl-Əhməd yazır: “Mən və mənimlə Azərbaycana gedənlər özümüzü orada inkişaf baxımından daha çox Avropa ölkəsində hiss edir və bütün bunları bir ölkədə görəcəyimizə inanmırdıq. Azərbaycanda neftdən gələn gəlirlər düzgün istiqamətə yönəldilib və bu da bütün sahələrdə həyata keçirilən layihələrin uğur qazanmasına səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info