E.Qasımov: “Hər bir ali məktəbdə təhsil və elm birgə inkişaf etməlidir”
Tarix: 01.06.2015 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının ilk iclası keçirilib. İclası açan Elmi Şuranın sədri, BANM-in rektoru Elmar Qasımov Elmi Şura üzvlərini salamlayıb və Şuranın ilk iclasının keçirilməsi münasibətilə onları təbrik edib. BANM-də Ali Məktəbin Elmi Şurasının yaradılmasının zəruriyyətindən söz açan E.Qasımov, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qısa zaman ərzində ölkəmizin nüfuzlu ali məktəblərinin siyahısına daxil olduğunu bildirib. Yüksək səviyyəli, beynəlxalq standartlara uyğun təhsilin verildiyi BANM-də elmin inkişafından və elmi nailiyyətlərin tətbiqindən danışıb. O, deyib ki, hər bir ali məktəbdə təhsil və elm birgə vəhdətdə inkişaf etməlidir, elmi istiqamətdə müxtəlif kəşflər və nailiyyətlər olmalıdır. BANM-də ölkəmizin tanınmış elm adamlarının neft-qaz və kimya sənayesi, o cümlədən avtomatlaşdırılma üzrə dünya şöhrətli, nüfuzlu alimlərin çalışdığını deyən E.Qasımov onların BANM-in Elmi Şurasına öz töhfələrini verəcəyindən əminliyini ifadə edib.
SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bu əlamətdar hadisə münasibəti ilə BANM-in rəhbərliyini, kollektivi, o cümlədən Elmi Şuranın üzvlərini təbrik edərək, Şuranın ilk iclasının işində uğurlar arzulayıb.
Sonra E.Qasımov iclasın gündəliyində olan məsələləri elan edib. Şura üzvləri arasında gündəlikdə olan məsələlər və gündəliyə əlavə məsələlər salınması üçün təkliflər ətrafında geniş müzakirələr aparılıb. BANM-in Elmi Şurası haqqında Əsasnaməsi və Qaydaları təsdiqlənib, həmçinin kadr təyinatı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanım Cəfərovanın “Mathematics-1” fənnindən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün tərtib etdiyi dərs vəsaitinin müzakirəsi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Yekunda müzakirə olunan məsələlər səsverməyə qoyulub və açıq səsvermə yolu ilə qərar qəbul olunub.
Nigar





 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info