Tələbələr təcrübi biliklərini artırmaq məqsədilə müəssisələrə gedirlər
Tarix: 01.06.2015 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


21 may 2015-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisasının yeni binasının istifadəyə verilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun açılış tədbirindəki çıxışı baytarlıq təbabəti ixtisasının aqrar sektorun inkişafı, Ərzaq Proqramının yerinə yetirilməsi və əhalinin ekoloji cəhətdən təmiz, sağlam qidalanmasında əhəmiyyətli rol oynadığını bir daha təsdiqləyir. Ali Məclisin Sədri binanın açılışı zamanı baytarlıq klinikası, diaqnostika və terapiya, vivarium, mamalıq və süni mayalanma laboratoriyaları, habelə mikrobiologiya və virusologiya, fiziologiya və biokimya, parazitologiya, ekspertiza və qida gigiyenası, arıçılıq problemləri, farmakologiya və toksikologiya laboratoriyaları, fənn kabinələri ilə tanış olarkən bildirib ki, Baytarlıq təbabəti ixtisası üçün müasir tədris şəraitinin yaradılması muxtar respublikada ərzaq təhlükəsizliyi tədbirlərinin də gücləndirilməsinə stimul verir. Müəllim və tələbələr yaradılan şəraitdən bəhrələnərək bundan sonra daha əzmlə çalışmalı, baytar həkimlərin mütəxəssis kimi formalaşması üçün digər əlaqəli müəssisə və təşkilatlarla əlaqə qurulmasına, muxtar respublikada hazırda fəaliyyət göstərən laboratoriyalarda dərslərin əyanı şəkildə keçirilməsinə diqqət artırılmalıdır. Bununla əlaqədar olaraq, bu günlərdə baytarlıq ixtisasının müəllim-tələbə kollektivi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin laboratoriyasında olub, orada qurulmuş cihazların iş prinsipi ilə tanış olublar. Tələbələr ərzaq məhsullarının keyfiyyət göstəricilərinin yoxlanma qaydalarıını öyrəniblər. Müəllim və tələbələr Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin “İstehlak mallarının ekspertizası mərkəzi” MMC və Gəmiqaya təsərrüfat bölməsinə də təcrübə məqsədilə səfər ediblər. Məhdud Məsuliyyətli Cəmiyyət kimi fəaliyyət göstərən laboratoriyanın iş prinsipi və alınmış nümunələrin analizlərinin aparılması tələbələrdə bu işə marağı daha da artırıb. Tələbələr Gəmiqaya təsərrüfat bölməsində inəklərin saxlanma və yemlənmə qaydalarını, süd sağımı prosesini və digər işlərin yerinə yetirilmə ardıcıllığını öyrəniblər. Baytarlıq təbabəti kafedrasının müdiri, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli bildirib ki, bu ixtisasın mükəmməl tədrisi, tələbələrin təcrübi biliklərinin artırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən müxtəlif müəssisələrlə əməkdaşlıq, birgə fəaliyyət bundan sonra da davam etdiriləcək.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info