Avropa Oyunlarının məşəli Azərbaycanın şimal qapısı Qusarda
Tarix: 01.06.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib.
AZƏRTAC xəbər verir ki, məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılandı.
Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olundu. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəldilər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.
Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olundu.
Məşəldar Zeynal Əsgərov AZƏRTAC-a müsahibəsində Qusarın bu gün çox əlamətdar bir hadisəyə şahidlik etdiyini bildirdi: “Başqa ölkələrdə keçirilən bu cür mərasimləri həmişə televizordan izləmişik. Həmişə düşünürdüm ki, görəsən, bizim ölkəmizdə də belə bir mötəbər yarış keçirilə bilərmi? İndi görürəm ki, xəyallarımız gerçəkləşir. Azərbaycanın gündən-günə inkişaf etməsi beynəlxalq arenada nüfuzumuzu daha da artırır. Bunun nəticəsində də ölkəmizə etimad göstərilir və güvənilir. Həmişə televizorda həsrətlə izlədiyim o möhtəşəm anlar bu gün rayonumuzda da keçirildi. Biz nəinki izləyici, hətta mərasimin birbaşa iştirakçısı olmaq imkanı qazandıq. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Çox sevincliyəm”.
“On gündən sonra birinci Avropa Oyunları başlayır. Təşkilati məsələlərin gedişini fəxrlə izləyirik. Yarışlar başlayandan sonra isə həyəcanla idmançılarımızın çıxışını izləyəcəyik. Mötəbər turnirdə Qusarın idman yetirmələri də qüvvələrini sınayacaqlar. Əminəm ki, Azərbaycan idmançıları şərəflə mübarizə aparıb, himnimizi səsləndirəcəklər”. Bu fikirləri isə AZƏRTAC-a Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova bildirib. Qarşılanma mərasiminin iştirakçısı dedi: “Qədim Atəşgah məbədində alovlandırılan məşəl nəhayət ki, rayonumuza da qədəm basdı. Gördüyünüz kimi, uşaqdan-böyüyə hamı bu günü ən əziz bayram kimi qeyd edir. Arzu edirəm ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və bu cür bayram tədbirlərini Qarabağda qeyd edək”.
Qusardan sonra birinci Avropa Oyunlarının məşəli Quba rayonuna yola salındı.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info