Həyat tərzinizi necə dəyişdirə bilərsiniz?
Tarix: 28.01.2013 | Saat: 18:15:00 | E-mail | Çapa göndər



Hər gün 10 000 addım ilə kilolardan xilas olmaq mümkündür
Bu gün terapevtlərlə natorpatlar arasında mübarizə gedir. Dərmanlara qarşı inamsızlığın artdığı bir zamanda insanlar öz xəstəliklərinin müalicəsi üçün bir çox hallarda natropat-həkimlərə və dietoloqlara müraciət etməyə meyillənir. Onlar da əsasən qida rejimini dəyişməyi tövsiyə edirlər. Ümumiyyətlə, qida rejimini dəyişdirmək sonda insanın həyat tərzinin dəyişməsinə gəririb çıxarır. Türkiyənin Orta Doğu Texniki Universitetinin qida texnologiyası üzrə məzunu, məhşur dietoloq Özlem Sert Aydın bu haqda mediaya öz tövsiyələrini bildirib. Onun sözlərinə görə, ən başlıcası hərəkətsizlik, hazır yeməklərlə qidalanmağa meyil, ehtiyacımızdan daha çox kalori qəbulu kilo artımı ilə nəticələnir: “Kilo vermək istəyirsinizsə, əvvəl həyat tərzinizi dəyişdirməlisiniz. Qərar vermək, verdiyiniz qərarın arxasında dayanmaq və bunun üçün dietoloq dəstəyi almanız müvəffəqiyyətinizə təsir edəcək. Aranızda daha əvvəl dieta saxlayıb sonu müvəffəqiyyətsizliklə nəticələnən və ya geri alan bir çox adam olub. Nəticə, əlbəttə, əhəmiyyətlidir, amma bura necə gəldiyinizi müşahidə edin. Həyatınızda vərdiş halına gəlmiş bir neçə ünsürün fərqinə varıb, dəyişmək üçün səy göstərdiyinizdə kilo probleminizi həll edəcəksiniz”.
Ö.Sert.Aydın həyat tərzini dəyişmək üçün aşağıdakı tövsiyələri verib:
*Zaman hamımız üçün çox əhəmiyyətlidir, qaça-qaçda olan bir həyat yaşayırıq və çoxumuz nahar etmirik. Unutmayın, nahar etməyənlər daha çətin kilo verənlərdəndir.
*Fərqində olmadan zərərli yeməklər yeyirsinizsə və ya qida rejimini unudursunuzsa, bir qidalanma gündəliyi düzəldin. Hər gün yediyiniz yeməkləri miqdarıyla yazın. Bu tətbiq daha çox yemənizin qarşısını alacaq.
*Hərəkət baxımdan tənbəlləşən bir cəmiyyət halına gəldik. Bu vəziyyət həm kilo artımına, həm də xəstəliklərin yaranmasına səbəb olur. Hər gün 10 000 addım ilə kilolardan xilas olmaq mümkündür.
*Yemək yeyərkən daha çox gözümüzü və ruhumuzu doyururuq. Əslində yalnız bədənimizin ehtiyacını ödəsək, kilo problemi ilə qarşılaşmayacağıq. Boşqablarınızı heç olmasa,
yarıya endirib, bərabərində daha çox tərəvəz və salat qəbul etməyi təcrübə edə bilərsiniz.
*Sevdiyiniz yeməklərdən məhrum qalmayın, çox sərt diet proqramları tətbiq etməyin. Məqsədiniz qısa müddətdə bir dəyişmə olmamalı ki, həyat tərzi dəyişikliyini mənimsəyə biləsiniz.
FUAD




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info