“Cənubi Qafqaz regionu Avropada sabitlik üçün vacibdir”
Tarix: 01.06.2015 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


“Cənubi Qafqaz regionu Avropada sabitlik üçün vacibdir və ümid edirəm ki, Serbiya cari səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz töhfəsini verə biləcək”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra keçirilən birifinqdə deyib.
Qeyd edək ki, İ.Daçiç ATƏT-in fəaliyyətdə olan sədri qismində Cənubi Qafqaz ölkələrinə səfərləri çərçivəsində Bakıda səfərdədir.
İ.Daçiçin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində münaqişə tərəflərinin üzərinə də böyük məsuliyyət düşür: “Azərbaycan tərəfinin xahişi ilə Ermənistan hökuməti ilə görüşdə azərbaycanlı iki əsirin tez bir zamanda geri qaytarılması məsələsini qaldıracağam”.
O həmçinin qeyd edib ki, Serbiya özü münaqişəyə görə çox əziyyət çəkib və Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini çox yaxşı başa düşür: “Serbiyə ölkələrin ərazi bütövlüyü məsələsinə də həssaslıqla yanaşır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info