ABŞ-da vətəndaşların danışıqları daha dinlənilməyəcək?
Tarix: 01.06.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


ABŞ-ın xüsusi xidmət orqanlarına vətəndaşların danışıqlarını dinləməyə imkan verən “Vətənpərvərlik aktı” deyilən fəaliyyətin vaxtı iyunun 1-də yerli vaxtla saat 00:00-da bitib.
TASS informasiya agentliyi xəbər verir ki, Ağ ev bir qədər əvvəl belə ssenarinin ABŞ-ın milli təhlükəsizliyinə zərərlə müşayiət olunacağı barədə xəbərdarlıq etmişdi. Senatorlar hətta mayın 31-də axşam saatlarında qüvvədən düşmüş düzəlişi əvəz edəcək qanun layihəsi üzrə xüsusi dinləmələr də keçiriblər. Lakin Kentukki ştatının senatoru Rend Polun bu təşəbbüsə qarşı sərt mövqe tutması səbəbindən bir nəticə hasil olmayıb.
İyunun 2-də senatorlar Nümayəndələr Palatasının may ayının ortalarında təsdiq etdiyi “ABŞ-ın azadlığı barədə aktı”na səs verəcəklər. ABŞ administrasiyası senatorları konqresmenlərin qərarını dəstəkləməyə çağırıb.
Bir qədər əvvəl Ağ ev onlarda “B planının”, yəni yaranmış vəziyyətdən çıxış yolu üçün ehtiyat variantının olmadığı barədə xəbərdarlıq etmişdi. Burada söhbət amerikalı dissident Edvard Snoudenin ifşalarından sonra ictimai rezonansa və geniş müzakirələrə səbəb olan əhali üzərində nəzarət proqramından gedir.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info