Alina Kobak: “Bakıda böyük idman bayramı olacaq”
Tarix: 01.06.2015 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


“Bakı sakinləri dünyanın ən yaxşı idmançılarını yaxından izləyəcəklər”

Mən Azərbaycan haqqında çox eşitmişəm. Ölkəniz haqqında bir çox reallıqlar var ki, dünya bunu bilməli və görməlidir. Bunun üçün də Avropa Oyunları ən ideal beynəlxalq tədbir sayıla bilər. Onu da bilirəm ki, gözəl adət-ənənələri olan, heyranedici təbiətə və zəngin tarixə malik Azərbaycanda qonaqpərvər insanlar yaşayır. Belə tədbirlərdən sonra yarışların keçirildiyi ölkədə bütün sahələrdə inkişaf sürətlənəcək.
Qısası, Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi münasibəti ilə sizi təbrik etmək istərdim. Birinci Avropa Oyunları sağlam həyat tərzinin və idmanın köməyi ilə qarşılıqlı anlaşmanın güclənməsini təbliğ edəcək. Ümid edirəm ki, birinci Avropa Oyunları Azərbaycanda bütün sahələrdə inkişafı sürətləndirəcək”.
Alina Kobak deyir ki, Polşa da Azərbaycan kimi idmana yüksək dəyər verən bir ölkədir. Tarix baxımından bir çox oxşarlıqların olduğu bu iki ölkə arasında olan münasibətlər də yüksək səviyyədədir: “Azərbaycanda insanların qonaqpərvərliyi ilə yanaşı bu ölkədə sabitliyin olması da əsas amildir. Qonaqpərvərlik bura gələcək turistlər üçün nə dərəcədə maraqlıdırsa, sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması da bir o qədər maraqlıdır. Çox istərdim, mən də açılış mərasimini stadiondan izləyim. Biz bilmirik ki, təşkilatçılar tamaşaçılar üçün hansı sürprizlər hazırlayıblar. Amma əminəm ki, Şərq koloritini özündə cəmləşdirən müxtəlif çıxışlar, səhnələr, şoular göstəriləcək. Çünki onu da gözəl bilirəm ki, Azərbaycan qədim Şərq ölkəsidir və Şərqlə Qərbin ayrıcında yerləşən xüsusi əhəmiyyətə malik bir ölkədir. İdman nədir? İdman sağlamlıq və hərəkət, enerji olmaqla yanaşı, müəyyən fəlsəfi, psixoloji amilləri də özündə cəmləşdirir, hətta, bir sıra məqamlarda siyasi problemlərin həllində də güclü dəstək verən bir əl rolunu oynayır. Bu mənada düşünürəm ki, bu ilin mühüm idman tədbirində xalqlar bir olacaq, gənclərin müxtəlif idman yarışlarına marağı daha da artacaq, bir sıra siyasi problemlər yaşayan ölkələrin idmançıları əl-ələ görüşərək ədalətli qalibiyyətləri dünyaya mehriban münasibətlərlə göstərəcəklər. Bakıda bir neçə beynəlxalq idman yarışlarının olması barədə əvvəllər də oxumuşdum, bu idman yarışlarını internetdən izləmişdim. Əgər bir ölkəyə ilk Avropa Oyunlarının keçirilməsini etibar edirlərsə, deməli, bu ölkənin potensialına da yaxşı bələddirlər. Yəqin gözəl anlayırlar ki, əvvəllər də Azərbaycan heç bir problemsiz beynəlxalq idman tədbirləri keçirib. Düzdür, bu dəfə iş daha məsuliyyətlidir və miqyasına görə heç də Olimpiya Oyunlarından geri qalmayan bir yarışdır. Amma əminəm ki, sürətlə inkişaf edən bir ölkədə hər cür potensial olacaq ki, yarışlar yüksək səviyyədə təşkil olunsun”.
İlk Avropa Oyunlarının Azərbaycandan başlayan tarixinin Bakıda yazılmasını yüksək qiymətləndirən Kobak yaxın günlərdə start götürəcək bu idman yarışlarında polşalı idmançıların və turistlərin də aktiv iştirak edəcəklərinə şübhə etmir: “Polşa bütün idman yarışlarında yaxından iştirak edir, gənclərimiz xeyli sayda idman uğurları əldə edirlər. Ümumiyyətlə, Avropada idmana böyük dəyər verilir. Təsadüfi deyil ki, Olimpiya oyunları da bu qitədə yaranıb, dünyanı birləşdirib. Bu mənada bizim qitənin də Asiya və digər qitələr kimi, ayrıca Olimpiya oyunları keçirməyə - Avropa Oyunlarına ehtiyacı var idi. Polşada da bu addım yüksək qiymətləndirildi. Ümumiyyətlə, idman həyatımıza daha geniş şəkildə daxil olmalıdır. Gənclərimiz pis vərdişlərdən beləcə azad olmalı, daha çox bu kimi yarışlarda iştiraka meyil etməlidirlər. Bunun üçün isə illərlə belə genişmiqyaslı yarışlara hazırlaşmaq lazımdır. Düzdür, Avropa Oyunlarının harada keçiriləcəyi ilə bağlı qərar veriləndən sonra onun başlanma tarixi arasında elə böyük fərq olmadı. Amma əminəm ki, təşkilatçılıq kimi, idmançıların da hazırlığı yüksək səviyyədə olacaq. Başqa bir məqamı da qeyd edim ki, bu Oyunlar təkcə Avropadan deyil, digər qitələrdən də olan tamaşaçılar üçün böyük maraq kəsb edəcək, onlar paytaxtınızın son illərdə necə dəyişdiyini, yeni müasir binalarla zənginləşdiyini görəcəklər. Bakı sakinləri də təkcə Polşanın və Avropanın deyil, dünyanın ən yaxşı, məşhur idmançılarını yaxından izləyə biləcəklər. Bir sözlə, paytaxtınızda böyük idman bayramı olacaq. Polşada bir neçə il əvvəl futbol üzrə Avropa Çempionatı keçiriləndə bu bizim üçün böyük bayram idi. Hərçənd o zaman çempionat tam şəkildə bizdə keçirilmirdi, digər təşkilatçı ölkə Ukrayna idi. Bu mənada bizim yükümüz də az idi. Amma miqyasına görə Avropa Oyunları daha geniş bir yarışma, idman tədbiri olduğu üçün sizin bu Oyunlardan həzz almaq imkanınız da böyük olacaq. İnternet üzərindən işıqlı, tarixi yerlərlə zəngin paytaxtınızı izləməklə onu deyə bilərəm ki, turistlər burada maraqlı nağıllar aləmini xatırladacaq yerlərlə qarşılaşacaqlar. Bölgələrdə də eşitmişəm və internet üzərindən izləmişəm ki, görməli yerləriniz çoxdur. Bu da Oyunlardan sonra ölkənizə turist axının olacağına şərait yaradır. Qısası, “Bakı, Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək” deyirəm və polşalı gənclər adından ölkənizə, təşkilatçılara uğurlar arzu edirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info