Mehriban Əliyeva Uşaqları Beynəlxalq Müdafiə Günündə uşaq müəssisələrində olub
Tarix: 01.06.2015 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 1-də - Uşaqları Beynəlxalq Müdafiə Günündə Bakının Nizami rayonundakı 110 və 172 nömrəli uşaq tərbiyə müəssisələrində istifadəyə verilmiş yeni korpuslarla tanış olub.
Birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış oldu. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verilib ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.
Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət edib. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşdılar və öz məharətlərini göstərməyə çalışıblar.
Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzulayıb.
Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəlib. Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəlii əlavə korpus inşa olunmağa başlanıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər görülüb. 2014-cü ilin fevralında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramının təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Bu gün Fondun fəaliyyətinin nəticələri isə onu göstərir ki, bu qurum tərəfindən həyata keçirilən digər layihələr kimi, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramı da uğurla icra edilir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info