Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə görüş
Tarix: 01.06.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


“İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyi ilə həyata keçirilən "Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”nin fəaliyyətinin davamlılığının təmin olunması" layihəsi çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirib. Görüşdən sonra uşaqlar və ailələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün nəzərdə tutulan "Danışan gəlincik" tamaşasını pulsuz izləyiblər. 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən görüşdə layihə rəhbəri Aytəkin Nuriyeva, layihənin hüquqşünası Ülviyyə Rəhimova və sosial işçi Nisə Rəhimova iştirak ediblər. Onu da qeyd edək ki, 2012-ci ildə Fondun nəzdində Beynəlxalq Qızıl Xaç Komitəsi və Şura ilə birgə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb. Mərkəzin 3 illik fəaliyyəti dövründə Bakının Nərimanov, Səbail, Xətai və Sabunçu, Suraxanı, Nəsimi rayonlarında yaşayan itkin düşmüş şəxslərin ailələri üçün 300-ə yaxın qrup görüşü keçirib, 500 - ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə psixo-sosial yardım göstərib, 200 - ə yaxın xəstə və görüşlərə gələ bilməyən ailə üzvləri birbaşa psixoloq və hüquqşünas, habelə, sirdaşlar (İtkin düşmüş şəxslərin ailələrindən seçilmiş xüsusi sosial işçilər) tərəfindən evlərində ziyarət ediliblər. Artıq 3 ildir ki, fəaliyyət göstərən “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” 2014-cü ildə Şuranın dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nə çevrilib. Şuranın dəstəyi və daxili imkanlar hesabına bu günə qədər Bakı şəhərində yaşayan itkin düşmüş şəxslərin ailələrinə mütəmadi psixoloji (ehtiyac olduqda həm də hüquqi) xidmətlər göstərilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info