Aslan Mehdiyev: “İctimai nəzarət demokratik inkişafın təkanverici qüvvəsidir”
Tarix: 01.06.2015 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ötən il “İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da aktuallaşdırıb. Artıq “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai şuraların yaradılması məcburidir. Hətta əvvəllər əksər dövlət orqanlarının yanında yaradılan İctimai şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu mayın 27-də Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Prezident İlham Əliyev öz nitqində bir daha söyləyib: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz”.
Dövlət başçısı bildirib ki, bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz: “Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minəndən sonra Bakı rayonları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb. İctimai Şuranın sədri Aslan Mehdiyev qəzetimizə bildirdi ki, demokratik cəmiyyətin inkişafında vətəndaş cəmiyyəti institutları aparıcı rol oynayır: “İctimai şuralar da vətəndaş cəmiyyəti institutları üzvlərindən seçilir. “İctimai iştirakçılıq haqqında” qanunda da göstərilir ki, vətəndaşlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə formalarında ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak edə bilərlər. Ümumiyyətlə, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşları dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda İctimai şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyəti təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə bilələr. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir”.
İctimai Şuranın sədri dedi ki, Prezident İlham Əliyevin bu çıxışı onların məsuliyyətini daha da artırır: “İctimai nəzarət demokratik inkişafın təkanverici qüvvəsidir. İctimai şuraların yaradılması dövlətin idarəçilikdə vətəndaşlar üçün nə dərəcədə açıq olmasının bariz nümunəsidir. Dövlət başçısı ölkəmizin uğurlu inkişafını ictimai nəzarətin güclənməsində görür. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Prezident bununla, həm də cəmiyyətə çağırış edir. Çünki İctimai şuralar demokratikləşmə prosesini daha da sürətləndirir”.
Aslan Mehdiyev artıq rayonda aktiv fəaliyyət göstərdiklərini də qeyd etdi: “Biz məşvərətçi qurum olaraq ictimaiyyəti təmsil edirik. Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura olaraq üzərimizə düşən vəzifəni yerinə yetiririk. Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən İctimai Şura ofis və maddi-texniki təchizatla təmin edilib. “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq artıq Tədbirlər Planı tərtib etmişik və bu plan əsasında da işlərimizi aparırıq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info