Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib
Tarix: 01.06.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində London şəhərinin Lord meri Alderman Alan Yarrounun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, xidmət, bank, maliyyə, sığorta və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İşgüzar görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Böyük Britaniya şirkətləri Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə fəal iştirak edir, qeyri-neft sektoruna investisiya yatıran əsas ölkələrdəndir. Azərbaycanlı gənclər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Böyük Britaniya universitetlərində təhsil alırlar. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Bildirilib ki, Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana bu səfəri də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətli olacağı vurğulanıb, hazırda komissiyanın tərkibinin formalaşdırılması istiqamətində işlərin aparıldığı qeyd edilib.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını bildirib.
London şəhərinin Lord meri Alderman Alan Yarrou Azərbaycana səfərindən məmnunluğunu bildirib, Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin uğurla davam etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. Cənab Alderman Alan Yarrou Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatın diversifikasiyası sahəsində əldə etdiyi uğurları müsbət qiymətləndirib.
İşgüzar görüş çərçivəsində maliyyə bazarı, investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmiş, Böyük Britaniya şirkətləri isə fəaliyyətləri barədə məlumat veriblər.


İlkin




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info