H.Hüseynova: “Uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb”
Tarix: 01.06.2015 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil olunmuş "İstedadlı uşaqlar-2015" festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə 130-dək uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və milli azlıqların ailələrindən olan uşaqlar iştirak ediblər.
AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət proqramları, Tədbirlər planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə uşaq hüquqları ilə bağlı güclü qanunvericilik bazası mövcud olduğunu qeyd edib. B. Muradova Milli Məclisin, Təhsil Nazirliyinin, Lider Qadınlar İctimai Birliyinin və YUNİSEF-in birgə fəaliyyəti nəticəsində 2006-cı ildə yaradılmış Azərbaycan Uşaq Parlamentinin fəaliyyətini yüksək qiymətləndirib. O deyib ki, bu təşkilatın yaradılması uşaqların problemlərinin həllinə yanaşma metodunun dəyişməsində, yeni demokratik cəmiyyətin formalaşmasında, yeniyetmə və gənclərin həyatda öz layiqli yerlərini tutmaqda mühüm rol oynayır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov uşaqları təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Milli Məclisin deputatı qeyd edib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Təmsil etdiyi qurum ilə Azərbaycan arasında yaradılan işgüzar faydalı əməkdaşlıqdan bəhs edən UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Shilakadze Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib.
Tədbirdə uşaqların rəsm əsərlərinin nümayişi, həmçinin 2014-2015-ci illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən "İstedadlı uşaqlar-2015" filminin təqdimatı olub.
Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, "Azərbaycanın gələcəyi" kuboku ilə təltif olunublar.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info