Uşaqları Beynəlxalq Müdafiə Günü Suraxanıda təntənəli qeyd edildi
Tarix: 01.06.2015 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


1 iyun 2015-ci il tarixdə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə Suraxanı rayonu Heydər Əliyev parkında çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin parkda ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoydular. Xüsusi tərtibatla bəzədilmiş parkda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında tərbiyə alan uşaqlar və kiçikyaşlı məktəblilər dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova musiqili fəvvarələr quraşdırılmış meydana bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq Müdafiə günü on illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Sevinc Hüseynova xüsusi vurğuladı ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Sonra Səttar Bəhlulzadə və Qurban Abbasov adına mədəniyyət saraylarının, mədəniyyət evlərinin, 3 saylı musiqi məktəbinin kollektivləri, həmin mədəniyyət saraylarında və musiqi məktəbində, dərnəklərdə məşğul olan uşaqlar, eyni zamanda tanınmış incəsənət ustası Sevda Yəhyayeva və onun təşəbbüsü ilə bir qrup incəsənət ustası fəvvarələrin ətrafında amfiteatrı olan meydanda konsert proqramı ilə çıxış etdilər.
Bayram şənliyi uşaqların sevinci ilə qarşılandı.









 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info