Zaqatalada zəlzələdən zərər çəkənlərə kompensasiya verilir
Tarix: 28.01.2013 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Zaqatalada zəlzələdən zərər çəkən sakinlərə evlərinin təmiri məqsədi ilə kompensasiyaların verilməsinə başlanıb.
Bu barədə APA-ya Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov məlumat verib. Onun sözlərinə görə, kompensasiyalar Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən bərpa rəyi verilmiş 2900-ə yaxın ailəyə veriləcək. E.Ramazanov qeyd edib ki, sakinlərə verilən kompensasiyaların məbləği onların evlərinin sahəsinə görə müəyyənləşib. Belə ki, sahəsi 100 kv/m-ə qədər olan mənzillərə 4000 manat, 150 kv/m-ə qədər - 5000 manat, 200 kv/m-ə qədər - 6000 manat, 200 kv/m-dən yuxarı olan mənzillərə isə 7000 manat vəsait veriləcək. E.Ramazanov həmçinin bildirib ki, kompensasiyalar artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən “Azərpoçt”un bütün şöbələrinə köçürülüb və yerli icra strukturlarının nəzarəti ilə əhaliyə paylanır. Prosesin 10 günə başa çatdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info