“Gənc musiqiçi kimi musiqi dünyamıza töhfələr verməyi özümə borc bilirəm”
Tarix: 02.06.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Müsahibimiz Azərbaycan Dövlət Televiziya və Radiosunun Səsyazma Evinin Uşaq Musiqili Teatrının bədii rəhbəri, beynəlxalq müsabiqələr mükafatçısı, gənc bəstəkar Nigar Qarayevadır:

- Nigar xanim, yeni yaradılan Uşaq Teatrının fəaliyyəti hansı istiqamətlər üzərində qurulub?
- Bu gün dövlətimiz tərəfindən uşaqlara, körpələrə diqqət və qayğı göz qabağındadır. Dövlətimizin başçısı və xanımı tərəfindən Azərbaycanın gələcəyi olan bu günümüzün uşaqlarına xüsusi diqqət heç bir vətəndaşımızın diqqətindən yayınmır. Biz də bu qayğıdan yararlanaraq, Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi nəzdində Uşaq Musiqili Teatrı yaratdıq. Uşaq musiqili teatrı yaratmaqda məqsədimiz, yeni gənc nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, həmçinin onların ideologiyasına xidmət edən musiqili tamaşalar təşkil etməkdir. Ən əsası, istedadlı uşaqlarımızı Azərbaycanın hüdudlarından uzaqlarda tanıtmaqdır.
- Teatra uşaqların qəbulu, onların incəsənət sahəsində inkişafları üçün hansı işlər görülür?
- Musiqi kollektivində uşaqlara hərtərəfli şərait yaradılır. Burada onlar üçün yeni və yaxud klassik bəstəkarların əsərləri təmənnasız olaraq yazılır və çəkilir.
- Bəstəkarlıq həyatınızda hansı işlərə imza atmağı düşünürsünüz?
- Uşaqlıq illərimdən musiqiyə olan həvəsim məni peşəkar musiqiçi etdi. Uşaq yaşlarımdan hər zaman dövlət tədbirlərində, ölkəmizin hüdudlarından kənarda, Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə iştirak edirdim. Əlbəttə ki, gənc musiqiçi kimi musiqi dünyamıza töhfələr verməyi özümə borc bilirəm.
Bu yaxınlarda sözləri Əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə məxsus “İlk Avropa Oyunları” və “Zəfər nəğməsi” mahnılarını yazdım. “İlk Avropa Oyunları” mahnısını solistlərdən Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Mirələm Mirələmov, Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə ifa ediblər.
“Zəfər nəğməsi” mahnım isə tanınmış vokalçı Ramil Qasımovun ifasında səslənib. Bu mənim üçün böyük şərəf və qürurdur.
- Bu gün istər gənc, istərsə də professional bəstəkarlar arasında uşaq mahnıları yazılmır. Siz gənc bəstəkar kimi uşaq mahnıları bəstələməyi düşünürsünüzmü?
- Mən deməzdim ki, yazılmır. Bizim gənc nəsil musiqiçilərimizdə istedadlı bəstəkarlarımız var. Onların yaradıcılığında uşaq mahnıları yer alır. Lakin bu sahədə təbliğat bir az azdır. İnşallah, yaxın zamanda bu da öz həllini tapar. O ki qaldı mənim yaradıcılığımda uşaq mahnılarına, 10-a yaxın müxtəlif mövzuda uşaq mahnılarım var.
- İstedadlı və bacarıqlı gənc olaraq, dövlətimiz haqqında düşüncələrinizi bölüşərdiniz?
- Dövlətimiz güclüdür və onun güclü rəhbəri var. Zənnimcə, hər bir gənc dövlətinə faydalı olmalıdır. Çünki dövlətimiz gənclərimizə bütün şəraiti yaradır. O cümlədən də mənə.
- Həyat yolunuzda etmək istədikləriniz və arzularınız...
- Arzular çoxdur . Hal-hazırda Xocalıya aid film üzərində çalışıram. Paralel olaraq, İtaliyada müəllimim Vays Greydirdən orkestrə aid dərslər alıram. Həmçinin mən Azərbaycan Dövlət Televiziya və Radiosunun Musiqi kollektivlərində çalışdığım üçün fəxr edirəm. Fürsətdən istifadə edib, bu qayğı və diqqət üçün rəhbərliyə təşəkkürümü bildirirəm. Ona görə ki, burada bütün musiqi kollektivləri ilə iş birliyi sağlam və maraqlıdır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info