Yeniyetmə qızlar İzmirdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb
Tarix: 02.06.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edib.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan güləşçilərimiz ümumilikdə 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, komanda hesabında turniri 4-cü sırada tamamlayıb. Zemfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq) bütün rəqiblərindən üstün olaraq, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Sona Tumarxanova (49 kq) yalnız final görüşünü məğlub başa vurub və gümüş medalla kifayətlənib. Bürünc medalları isə Səbinə Həmzəlzadə (49 kq) və Tatyana Varantsova (56 kq) qazanıb. Gülcahan Hacıyeva (46 kq) isə bürünc medal uğrunda həlledici görüşdə uduzub və turniri 5-ci sırada tamamlayıb. Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info