Prezidentin ictimai nəzarəti gücləndirmək təşəbbüsünə Şuradan dəstək gəldi
Tarix: 02.06.2015 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən I Avropa Oyunları, ictimai davranış qaydaları və ictimai nəzarətə aid QHT layihələrinin icra vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev I Avropa Oyunları ərəfəsində keçirilən müzakirələrin vətəndaş cəmiyyəti inistitutlarının böyük idman tədbirinə hazırlıq səviyyəsini dəyərləndirmək və ona ictimai nəzarəti artırmaq məqsədi daşıdığını deyib. I Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinin bütün xalqımızın uğuru olduğunu bildirən Azay Quliyev ölkəmizə on minlərlə idmançı, məşqçi, jurnalist və idmansevərin gələcəyini qeyd edib.
Azay Quliyev Mehriban xanım Əliyevanın rəhbərliyi altında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin hazırlıq prosesini ən yüksək səviyyədə başa çatdırdığını bildirib və cəmiyyətimizin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. Şuranın I Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı 29 QHT-nin layihəsinə 300 min manata yaxın vəsait ayırdıqlarını bildirən Azay Quliyev təşkilatların fəaliyyətlərini media ilə yaxından əməkdaşlıq səviyyəsində qurmalı olduğunu deyib: “Cənab prezident İlham Əliyev 27 may 2015-ci il tarixli çıxışında bir daha bütün dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj QHT-lərin də üzərinə mühüm vəzifələr qoyur. Biz QHT-lərin I Avropa Oyunları, ictimai davranış və mədəniyyət qaydaları ilə bağlı onlarla layihəsini dəstəkləmişik. Görülən yüksək səviyyəli hazırlıqlara baxmayaraq ölkəmizə səfər edəcək əcnəbilərdə nəqliyyatda, yaxud hansısa xidmət sahəsində rastlaşa biləcəkləri uyğunsuz hərəkətlərin və problemlərin Azərbaycan haqqında mənfi rəy formalaşdırmasına imkan verməməliyik. QHT-lər narahatlıq doğuran ictimai davranış qaydaları ilə bağlı maaarifləndirmə işini gücləndirməli və mövcud problemlərlə bağlı real təkliflərlə çıxış etməlidirlər”.
Şura sədri QHT-lərin irəli sürəcəkləri təkliflərdə yeniliklərə üstünlük verməsinin vacibliyini qeyd edib və ölkə ictimaiyyətini I Avropa Oyunlarından Azərbaycan xalqının zəngin mədəniyyəti və qədim tarixinin dünyaya nümayiş etdirilməsi baxımından səmərəli istifadə etməyə çağırıb.
Tədbirdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov I Avropa Oyunları ərəfəsində DYP ilə yanaşı QHT-də ictimai davranış və yol hərəkəti qaydaları ilə bağlı təbliğat və maarifləndirmə prosesində yaxından iştirak etdiyini deyib. Şuranın maliyyə yardımı ilə QHT-lərin bu istiqamətdə həyata keçiridiyi layihələrin ümumi işin səmərəliliyini xeyli artırdığını və yol hərəkət qaydalarına riayət olunması ilə bağlı son göstəricilərin buna misal olduğunu qeyd edib.
Toplantıda QHT rəhbərləri Rauf Zeyni, Ceyhun Musaoğlu, Sahib Məmmədov, Elməddin Muradlı, Elşad Eyvazlı, Çingiz Bayramov, Vüsalə Hüseynli, İradə Yaqubova, Niyaməddin Orduxanlı, Umud Mirzəyev, Ərşad Hüseynov, Dilarə Vəliyeva, Bəxtimşah Tağıyeva, Rəfael Becanov, Səbuhi Abbasov, Mətanət Cəfərova , Zəminə Səfərova, Venera Əsgərova radio və televiziyalarda sürücüləri siqnal verməkdən çəkindirən audio və video çarxların yayımlanması, ictimai davranış, mədəniyyət qaydaları və ekologiyaya dair layihələr icra edən QHT-lərin birgə monitorinqlərinin təşkili, əcnəbilərin çox olacağı yerlərdə işğal altında olan torpaqlarımızın fərqləndirildiyi Azərbaycan xəritələrinin asılması, turistlərin gedə biləcəyi yerlərdə gigiyenik qaydalara riayət olunması, televiziyaların efir siyasətinin daha peşəkarlıqla tənzimlənməsi, metro və avtobuslarda maarifləndirici xarakterli materialların yerləşdirilməsi, avtomobillərin park məsələsinin həllinə diqqətin artırılması və digər təkliflərlə çıxış ediblər.
Şura sədri Azay Quliyev I Avropa Oyunları ilə bağlı ölkəmizin media qurumlarının da üzərinə mühüm vəzifə düşdüyünü xatırladaraq, yayılan hər bir informasiyanın milli təhlükəsizlik kontekstindən və obyektivlik prizmasından dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Şuranın üzərinə düşən bütün işləri gördüyünü və QHT-lərin zəruri sayılan təkliflərlə bağlı layihələrinə dəyişikliklər üçün Şura Katibliyinə müraciət edə biləcəklərini deyib. Toplantıda müzakirələrdə irəli sürülən təkliflərin ümumiləşdirilərək mövcud problemlərlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciətin edilməsi və İctimai Televiziyada müvafiq verlişlərin hazırlanması ilə bağlı razılıq əldə olunub.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info