“Putinsiz “G7” zirvə görüşündən nəticə gözləməyə dəyməz”
Tarix: 02.06.2015 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


İsveçrədə nəşr edilən almandilli “Neue Zürcher Zeitung” nəşri məlumat verir ki, bu ilin iyun ayının 7-8-də Almaniyanın Elmay qəsrində keçiriləcək “G7” zirvə görüşündən böyük nəticələr gözləməyə dəyməz. Nəşrin iddiasına görə, hazırda beynəlxalq siyasətin bir çox önəm kəsb edən məsələlərini Rusiya prezidenti Vladimir Putinsiz həll etmək mümkün deyil. Təbii ki, nəşr belə bir mühakimə yürütməkdə bəlkə də haqlıdır. Doğrudan da, daha çox Rusiyanın adı ilə hallanan Ukrayna münaqişəsi Rusiyanın iştirakı olmadan necə müzakirə edilə bilər? Nəşrdə dərc edilən məqalə müəllifi də belə bir müzakirənin mənasız olduğunu xatırladır.
İsveçrə nəşrinə istinad edən “RİA Novosti” agentliyi də “G7” zirvə görüşünə qatılacaq dövlətlər arasındakı münasibətlərin ideallıqdan uzaq olduğunu qeyd edərək, bu toplantının formal xarakter daşıdığını vurğulayıb. Agentlik fikrini əsaslandırmaq üçün Almaniya ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətləri nümunə kimi qeyd edir və xatırladır ki, ABŞ kəşfiyyatı tərəfindən alman rəsmilərinin dinlənildiyi bəlli olandan sonra iki ölkə arasında əlaqələr o qədər də ürəkaçan deyil. Qeyd edilir ki, nə Ukrayna böhranı, nə də Rusiya ilə münasibətlərdəki problemlər, nə də ABŞ ilə Almaniya arasında yaranan etimadsızlıq kimi məsələlər qarşıdakı zirvə toplantısının gündəliyində olmayacaq. Xatırladaq ki, vaxtilə inkişaf etmiş ölkələrin “G8” adı altında keçirdiyi toplantılar 2014-cü ildən “G7”yə çevrilib. Bu, həmin dövlətlərin Rusiyaya etiraz olaraq Soçi görüşünü boykot edərək Brüsseldə bir araya gəlməsindən sonra baş verib. Rusiyanın bu təşkilatdan təcrid edilmədiyini iddia edən xarici işlər naziri Sergey Lavrov bildirib ki, “G8” aparıcı dövlətlərin liderlərini bir araya gətirən, sadəcə olaraq bir klubdur. Onlar burada qarşılıqlı maraq doğuran məsələləri müzakirə etsələr də, bu problemlərin həlli istiqamətində hər hansı prosessual mexanizmlər yoxdur.
Xatırlatmaq yerinə düşər ki, Almaniyanın keçmiş kansleri Helmut Şmidt də “G7” zirvə toplantısının Vladimir Putinsiz keçirilməsinin heç bir əhəmiyyət kəsb etməyəcəyini açıqlayıb. 96 yaşlı Şmidt “dpa” agentliyinə verdiyi müsahibədə deyib ki, lazımı formada dəvət olsaydı Putin toplantıda iştirak edərdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info