“Qərbə nə zaman sərf edirsə, o zaman beynəlxalq normalara istinad edir”
Tarix: 02.06.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Bavariya Xristian-Sosialistlər Birliyi Partiyasının görkəmli nümayəndəsi Vilfrid Şarnaql “Bild” media qurumuna müsahibəsində Qərbin antirusiya sanksiyaları, Krımla bağlı situasiya, Rusiyanın “qara siyahı”sına düşən avropalı siyasətçilər barəsində bildirib: “Heç bir Rusiya lideri, Sevastopolda amerikan admiralının komanda verməsinin ardınca, Ukraynanın Krımla birgə NATO-ya girməsinə sakitcə baxa bilməzdi”.
O, bu cavabı ilə Krımın Rusiyaya birləşdirilməsinə haqq qazandırdığını büruzə verib: “İlk olaraq krımlıların bu barədə mövqeyi öyrənilib. İkincisi, Xruşşov 1954-cü ildə bütün beynəlxalq hüquq normalarının ziddinə olaraq, Krımı Rusiyadan qoparıb, Ukraynaya hədiyyə edib. O zaman Qərbdə heç bir etiraz olmayıb”.
Bundan sonra o, Qərb siyasətçilərinin beynəlxalq normalara necə”obyektiv” yanaşdıqlarına dair fikrini bildirib: “Amma bizə nə zaman sərf edirsə, o zaman beynəlxalq hüquq normalarına istinad edirik”.
Onun sözlərinə görə, Qərb özü 1989-1990-cı illərdə Rusiya ilə yeni dünya nizamı yaratmaq imkanını əldən verib: “Çünki Qərb əməkdaşlığın yeni yollarını tapmaqdan imtina edib və NATO-nu genişləndirməkdə davam edib”. Şarnaql Rusiyaya qarşı sanksiyaların mənasız olduğunu bildirib: “Bu sanksiyalar, ümumiyyətlə, heç kim üçün faydalı deyil və hamıya zərər verir. Sanksiyalarla Rusiyanın və Putinin öz mövqeyini dəyişəcəyinə inanmaq olduqca çətindir. Nəticədə Rusiya Çin və Asiyaya istiqamətlənəcək, Avropa isə heç nəsiz qalacaq. Şarnaql “qara siyahı” məsələsində də anlaşılmazlıq olduğunu bildirib: “Qərb Rusiyaya deputatların buraxılmamasından qıcıqlanır, eyni zamanda özü də çoxlu sayda rusiyalı deputatın Avropaya gəlmələrinə qadağa qoyub”.
Qeyd edək ki, Qərbin beynəlxalq hüquq normaları, insan haqları məsələlərində həmişə özünə sərf edən məqamlardan çıxış etdiyi, ikili standartlar tətbiq etdiyi təsadüfi deyil. İş o yerə çatıb ki, indi Qərb diplomat və ekspertləri özləri də beynəlxalq hüquq normalarına bu cür qərəzli yanaşmanı etiraf etməyə məcbur olublar. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev bu məqama qarşı sərrast fikirlərini ortaya qoyub. İlham Əliyev vurğulayıb ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, beynəlxalq müqavilələr sadəcə olaraq kağız parçasıdır, heç bir dəyəri yoxdur: “Kimin gücü var o müqavilələrə məhəl qoymur. Yəni, dünyada yeni bir dövr başlayıbdır, bunu biz bilməliyik. Bu dövrü biz başlamamışıq. Biz həmişə beynəlxalq hüquqa əsaslanmışıq və bütün siyasətimizi belə qurmuşuq. Öz səsimizi ucaltmışıq ki, nə üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Orada birbaşa yazılıb ki, Azərbaycan torpaqları işğaldan qeyd-şərtsiz və dərhal azad edilməlidir. Yəni beynəlxalq hüquq sadəcə olaraq güclü dövlətlər üçün bir alətdir ki, güclü olmayan dövlətləri nəyə isə məcbur etsin. Amma onların özləri üçün beynəlxalq hüquq heç bir şeydir. Bunu biz görürük, bunu görməyən yoxdur. Dünyanın bütün yerlərində biz bunu görürük, kim güclüdür o da haqlıdır.”

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info