İsveçrəli ekspert Oyunların Azərbaycan üçün böyük şans olacağını deyib
Tarix: 02.06.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


“Adətən böyük idman tədbirləri yalnız idmanın inkişafına deyil, o cümlədən, ev sahibliyi edən ölkənin inkişafına mühüm təsir göstərir. Bu baxımdan hesab edirəm ki, birinci Avropa Oyunları Azərbaycan üçün böyük şans olacaq”. Bu barədə “Trend”ə isveçrəli ekspert Stiv Remi deyib.
O, qeyd edib ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə dünya idman xəritəsində öz layiqli yerini tutacaq.
S.Remi vurğulayıb ki, Oyunlar keçirilən müddətdə dünya mediasının diqqəti Azərbaycana yönələcək və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək: “O cümlədən bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə insan gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət mənada mühüm təsir göstərəcək. Avropa, Amerika, Asiya, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da turistləri ölkəyə cəlb etmək üçün əlverişli imkan yaradacaq”.
Ekspert bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq imicinin yüksəlməsinə də səbəb olacaq: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqda davam edir. Hesab edirəm ki, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına şərait yaradacaq”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info