Daha bir ştat Respublika Günü ilə bağlı qətnamə qəbul edib
Tarix: 02.06.2015 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Texas Ştatı Azərbaycanın Respublika Gününü rəsmi qətnamələr vasitəsilə təbrik edən bir sıra digər ABŞ ştatlarına qoşulub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Texas ştatının Senatı və Nümayəndələr Palatasında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyətinin) yaranmasının 97-ci ildönümünə həsr olunmuş qətnamələr qəbul edilib. Hər iki Palatada yekdilliklə qəbul olunmuş bu qətnamələrdə, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasının ilk demokratiyası olduğu, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının onun davamçısı olduğu qeyd edilib.
ABŞ-ın sadiq dost və tərəfdaşı və mürəkkəb, geosiyasi baxımdan olduqca mühüm bir regionda sabit demokratik dövlət olduğu vurğulanıb. Azərbaycanın regional sabitliyinin qorunmasında müstəsna rolu qeyd edilib, terrorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyi sahələrində önəmli tərəfdaş olduğu vurğulanıb.
Həmçinin Bakı şəhəri ilə qardaşlaşmış olan Texasın Hyuston şəhərində yaşayan Azərbaycan icmasının bir çox sahədə, o cümlədən mədəniyyətlərarası anlaşma və mədəni müxtəlifliyə verdiyi töhfəsi qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Texas Senatı və Nümayəndələr Palatası yerləşən binada Azərbaycanın Respublika Gününə həsr olunmuş ziyafət keçirilib
Tural




 
Bölməyə aid digər xəbərlər
01.04.2020
Misirdə yeni növ koronavirusdan daha 5 nəfər ölüb
01.04.2020
ABŞ-da son bir sutkada 865 nəfər koronavirusun qurbanı olub
01.04.2020
Meksikada koronavirusa yoluxanların sayı 1215-ə çatdı
01.04.2020
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 1000-i ötüb
01.04.2020
ÜST dünyada COVID-19 infeksiyasına yoluxanların sayını açıqlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11490

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
5 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info