Monteneqro Oyunlara 55 idmançı ilə qatılacaq
Tarix: 02.06.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Monteneqronun su polosu komandası “Bakı-2015” Avropa Oyunlarında çox iddialıdır.
“Bakı-2015”-dən verilən məlumata görə, Monteneqro Olimpiya Komitəsinin prezidenti Dusan Simonoviç fikrini belə bildirib: "Bizim Avropaya nümayiş etdirəcəyimiz çox şeyimiz var və Bakıdan mükafatla qayıdacağımıza ümid edirəm. Su polosu komandamız mükafata daha çox iddialıdır. Xatırladım ki, komandamız iki il bundan əvvəl Avropa çempionu olub. Əgər hər şey plana uyğun gedərsə, bu çox rəqabətli bir yarış olacaq".
Monteneqro Milli Olimpiya Komitəsi yarışlarda iştirak edəcək 55 idmançının adlarını açıqlayıb. İdmançıların böyük əksəriyyəti iki idman növü üzrə yarışacaqlar. Atletika üzrə 30, su polosu üzrə isə 13 idmançı mübarizə aparacaq.
Digər idman növlərindən cüdo üzrə 4, boks və üzgüçülük üzrə 2, karate, velosiped, atıcılıq və taekvondo növlərinin hər biri üzrə isə 1 iştirakçı yarışacaq.
Monteneqronun “Bakı-2015” komandasının rəhbəri Andriya Popoviç ölkəsinin bu yarışlarda ən azı bir medal qazanacağına inanır: "Biz bu tarixi Avropa Oyunlarında mükafat sahibi olacağımıza inanırıq. Əminəm ki, Bakıda yarışlar çox gözəl keçəcək. Ona görə ki, Azərbaycan Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirləri görüb".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info