Türkiyə “Patriot”lardan birini döyüş hazırlığı vəziyyətinə gətirib
Tarix: 28.01.2013 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Türkiyənin cənub-şərqində Avropadan gətirilən “Patriot” zenit-raket komplekslərindən biri döyüş hazırlığı vəziyyətinə gətirilib. “CNN” xəbər verirki, NATO nümayəndələri bildiriblər ki, qalan beş kompleks artıq bu ilin yanvarın sonunadək ölkə ərazisində döyüş növbəsinə başlayacaq. Xatırladaq ki, NATO Şurası dekabrın 4-də Türkiyədə bu ölkənin müraciətinə cavab olaraq “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə qərar verib.
Türkiyənin sorğusu ölkə ərazisinə münaqişə gedən Suriyadan mərmilərin atılması ilə əsaslandırılır. “Patriot” zenit-raket komplekslərindən biri Adana şəhərinin yaxınlığında döyüş növbəsinə keçib. Maraqlıdır ki, bu kompleks ABŞ Hərbi-Hava Qüvvələrinin də istifadə etdiyi “İncirlik” aviabazasının yaxınlığında yerləşdirilib. Kompleksə Hollandiya hərbçilərindən ibarət heyət cavabdehlik daşıyır. Adanadan başqa, “Patriot” zenit-raket kompleksləri Qəhrəmanmaraş və Qaziantep şəhərləri yaxınlığında da yerləşdiriləcək. Xatırladaq ki, Türkiyə XİN rəhbəri Əhməd Davutoğlu ölkəyə hava və raket hücumları təhlükəsi tam aradan götürülənədək xarici hərbçilərin və “Patriot” sistemlərin Türkiyə ərazisində qalacağı barədə bəyanat vermişdi.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info