“Avropa Oyunlarında güləşin hər növü üzrə ən azı 2-3 qızıl medal gözləyirik”
Tarix: 02.06.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Güləş üzrə Azərbaycan yığma komandaları birinci Avropa Oyunlarına hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir.
Qadın güləşi üzrə yığma komandanın mətbuat üçün növbəti açıq məşqi keçirilib. Məşqi Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də izləyib.
Məşqdən sonra media nümayəndələrinin suallarını cavablandıran AGF rəsmisi güləşin hər 3 növü üzrə yığma komandaların yüksək səviyyədə hazırlıq keçdiyini bildirib.
O, qeyd edib ki, birinci Avropa Oyunlarında bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycana, paytaxtımız Bakıya yönələcək. Güləşçilərimiz bu yarışlara ciddi səylə hazırlaşırlar. Avropa Oyunlarında qitənin ən güclü idmançıları mübarizə aparacaqlar. Amma Azərbaycan güləşi elə səviyyəyə çatıb ki, nəinki Avropada, bütün dünyada favoritlər arasında göstərilirik. Yəni, məqsədimiz həmişə olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Bu tarixi hadisəyə qazanacağımız qələbələrlə əlavə bayram ab-havası qatmaq, xalqımızı sevindirmək istəyirik.
Qadın güləşçilərimizin Monqolustan yığması ilə birlikdə hazırlaşdığını bildirən N.Əliyev “Bakı-2015” birinci Avropa Oyunlarında çıxış edəcək heyətin tam tərkibinin hələ müəyyənləşmədiyini vurğulayıb. Bildirib ki, Avropa Oyunlarında çıxış edəcək heyət bu həftənin sonunadək tam formalaşdırılacaq. Komandanın tərkibində çoxlu gənclər olacaq. Həmin idmançılar gənc olmalarına baxmayaraq, artıq böyüklər arasında da öz sözlərini deyiblər. Hesab edirəm ki, gənc güləşçilərimiz birinci Avropa Oyunlarında sürpriz edəcəklər. Ümid edirəm ki, Azərbaycan azarkeşlərini sevindirəcəyik. Heyətdə Olimpiya çempionlarımızdan Toğrul Əsgərov yer alacaq. Şərif Şərifov isə Amerikada keçiriləcək dünya çempionatına hazırlaşır. İlk Avropa Oyunlarında güləşin hər növü üzrə ən azı 2-3 qızıl medal gözləyirik.
Birinci Avropa Oyunlarında yarışlar güləşin hər üç növü üzrə keçiriləcək. İyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında təşkil ediləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info