“Hər kəsi Azərbaycana sərmayə qoymağa dəvət edirəm”
Tarix: 02.06.2015 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Bu region enerji mənbələri və ixracı baxımından mühümdür. Bu sərgidə iştirakdan çox şadam”.Bunu 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Polşa baş nazirinin müavini Yanuş Pexoçinski deyib.
Y. Pexoçinski bildirib ki, bu gün Azərbaycan və Avropa vahid qlobal enerji bazarının yaradılmasında səylərini birləşdirir: “Azərbaycan və Cənubi Qafqazın bu prosesdə həlledici rolunu vurğulamalıyıq. Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Mənbələrin şaxələndirilməsi çox mühümdür. Polşa eyni zamanda marşrutların şaxələndirilməsi sahəsində uğurlu siyasət aparır. Hesab edirəm ki, sərgidə ilk dəfə iştirak edən şirkətlər işgüzar əlaqələri daha da dərinləşdirəcək”.
Qonaq qeyd edib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində polşalılar tək Bakının memarlığında deyil, neft sənayesinin inkişafında da mühüm rol oynayıblar: “Biz Azərbaycanda çiçəklənən iqtisadiyyat olmasını arzulayırıq. Azərbaycan-Polşa əlaqələrinin dərinləşdirilməsində roluna görə prezidentə təşəkkür edirəm. Hər kəsi Azərbaycana sərmayə qoymağa dəvət edirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info