İraqın neft naziri:“Azərbaycan qlobal bir oyunçuya çevrilib”
Tarix: 02.06.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycanın inkişaf modeli İraqda təqdim ediləcək.
Bunu bu gün 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber söyləyib.
İraqın neft naziri deyib ki, Azərbaycan 20-ci əsrin əvvəlindən etibarən daha böyük addımlarla inkişaf edib: “SSRİ-nin süqutundan sonra Azərbaycan ağır çətinliklərlə üzləşib. Ancaq 20 ildə ölkə böyük uğurlara imza atıb. Mən Azərbaycanın neft və qaz sahəsində çalışan mütəxəssislərlə görüşdüm. Azərbaycan bu gün Avropa və digər ölkələrə enerji resurslarını çatdırmaqla uğurlar qazanıb. Azərbaycan Xəzər və Qara dəniz ölkələri arasında əməkdaşlığı genişləndirib, qlobal bir oyunçuya çevrilib. İraq çox çətin dövrünü yaşayır. Əgər SOCAR, BP kimi şirkətlər regionda işləyərlərsə, çox uğurlu olar. İraq son vaxtlar 4 milyon barrelə qədər neft ixrac edib. Tədqiqatlardan sonra İraqın dünyada qaz ehtiyatlarına görə 5-ci yeri tutacağına əminik”.
Nazir Azərbaycan şirkətlərini İraqa sərmayə yatırmağa dəvət edib.
O, əlavə edib ki, SOCAR-la daha da sıx əməkdaşlıq etmək niyyətindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info