“The Japan Times”: “Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək”
Tarix: 02.06.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Yaponiyanın yerli və əcnəbi elitası arasında populyarlığı ilə seçilən nüfuzlu “The Japan Times” qəzetində Azərbaycanın cənclər və idman naziri Azad Rəhimovun iyunun 12-dən 28-dək Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə məqaləsi dərc olunub.
“Bakı 2015: Avropa Oyunlarının keçiriləcəyi şəhər” adlı məqalədə bildirilir ki, cari ilin iyununda Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək. Avropa Oyunları böyük idman bayramı olmaqla yanaşı, Azərbaycan paytaxtının inkişafına da mühüm təsir göstərəcək. Bu oyunlar dinamik inkişaf edən qonaqpərvər Azərbaycanı, eyni zamanda bir işgüzar mərkəz kimi tanıdacaq.
Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdiyini xatırladan nazir vurğulayır ki, bu, ölkəmizin sosial, mədəni və iqtisadi inkişafını bütün dünyaya göstərmək üçün bir imkan olmaqla yanaşı, xalqımızın yüksək bacarığını nümayiş etdirmək baxımından da əhəmiyyətlidir.
Yarışların keçirilməsi üçün Bakıda çoxsaylı yeni idman obyektlərinin tikildiyini və əvvəlkilərin bərpa olunduğunu bildirən A.Rəhimov qeyd edir ki, qitənin ilk ən böyük idman bayramının açılış mərasimi yeni Olimpiya Stadionunda keçiriləcək. İyunun 12-dən başlayaraq, 17 gün davam edəcək yarışlarda 6 mindən çox idmançı iştirak edəcək. İyunun 28-də təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaqlar.
Diqqətə çatdırılır ki, yarışlar 18 idman obyektində keçiriləcək. Onların sırasında 65 min yerlik Olimpiya Stadionu ilə yanaşı, Milli Gimnastika Arenası, Su İdman Sarayı, Atıcılıq Mərkəzi və digər böyük idman obyektləri var. Bakıya gələn qonaqlar bu idman obyektləri ilə yanaşı, möhtəşəmıliyi ilə seçilən Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminalı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri kimi nadir memarlıq nümunələrindən də zövq ala biləcəklər. Yarışlara qatılacaq idman mütəxəssislərinin, jurnalistlərin və tamaşaçıların rahatlığı üçün Azərbaycan paytaxtında hər cür şərait yaradılacaq.
Məqalədə Azərbaycanın idman yarışlarına həmişə böyük maraq göstərdiyi, gələn il Formula-1 yarışlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının, Avro-2020 futbol yarışlarının dörd görüşünün Bakıda təşkil ediləcəyi qeyd olunur.
Bakının möhtəşəm Oyunları yüksək səviyyədə qarşılamağa və keçirməyə hazır olduğunu vurğulayan nazir bu yarışların dünyanın 57 ölkəsinə, o cümlədən Yaponiyaya translyasiya ediləcəyini bildirir.
Yarışların mühüm əhəmiyyətini vurğulayan A.Rəhimov onun yalnız davam edəcəyi iki həftə ərzində deyil, Bakıda nümayiş olunacaq idman təntənəsi, sülh və dostluq kimi ülvi duyğuları ilə insanların yaddaşında həmişəlik qalacağına əminliyini ifadə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info