İran Avropa Birliyinə neft və qaz ixracını qadağan edib
Tarix: 28.01.2013 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


İran Avropanın 27 ölkəsinə neft, təbii qaz və neft-qaz məhsullarının ixracını qadağan edib. Bunu İran Neft Nazirliyinin sözçüsü Əlirza Nikzad bildirib. Onun sözlərinə görə, bu qərara Avropa Birliyi və ABŞ-ın İrana qarşı yeni sanksiyalarının təsdiqlənməsindən sonra gəlinib: «Avropa Birliyi İrana qarşı düşmənçilik və siyasi qərarlarından imtina etməyincə rəsmi Tehranın Qərbə istiqamətli neft və qaz sanksiyaları davam edəcək. İran Neft Nazirliyi məhz Avropa Birliyinə üzv olan bəzi ölkələrin düşmənçilik mövqelərinin ardından Böyük Britaniya və Fransaya neft ixracını dayandırıb. İran Milli Neft Şirkəti ölkəmizin xam neftini Fransa və Böyük Britaniyaya satan şirkətlərə sanksiya tətbiq edəcək». İran rəsmisi deyib ki, ölkəsinin neft və təbii qaz istehsalı əvvəlki qaydada davam edir: «Neft istehsalında müşahidə olunan artım nəticəsində İran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzv ölkələri sırasında ikinci mövqeyə çıxıb. Hazırda dünya bazarlarında İran xam neftinin satışı yaxşı səviyyədədir və heç bir problem yoxdur». Qərbin bütün təzyiqlərinə və sanksiyalarına baxmayaraq, İran neftinin ixracatında artıma nail olunduğunu deyən Ə.Nikzad ölkəsinin yeni tədbirlər və strategiyalar tətbiq edərək, dünya bazarlarında öz kvotasını qorumağı bacardığını söyləyib. İran rəsmisi vurğulayıb ki, ölkəsinin neft ixracı qətiyyən bəzi Qərb dövlətlərinin yürütdüyü siyasətdən təsir görməyib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
19.08.2019
Əfqanıstanda terror aktı nəticəsində 63 nəfər ölüb
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info