D.Kemeron: “Azərbaycan resursları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq”
Tarix: 02.06.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeronun 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 sərgisinin iştirakçılarına ünvanlanan məktubunda deyilir. Məktubda həmçinin Böyük Britaniya şirkətlərinin Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində iştirakından məmnunluğu ifadə olunub və qeyd edilib ki, Avropa marşrutları və enerji resurları tədarük mənbələrini şaxələndirməlidir və bu məsələdə “Cənub qaz dəhlizi” layihəsi mühüm rol oynayacaq.
Bundan başqa, Böyük Britaniyanın baş naziri məktubunda Bakıda “Cənub qaz dəhlizi” Konsultativ Şurasının ilk iclasının uğurla keçirilməsi, habelə Trans-Anadolu qaz xəttinin (TANAP) Türkiyədə təməlqoyma mərasimi münasibətilə Azərbaycan hökumətini təbrik edib. Nazir TANAP layihəsinin vaxtında və effektiv icra olunacağına əminliyini bildirib: “Əminəm ki, bu layihə reallaşacaq. BP şirkətinin bu işdə iştirak etməsi məni sevindirir”. Məktubda qeyd edilib ki, Azərbaycanın dostu və tərəfdaşı kimi Böyük Britaniya uzun illər enerji tədarükünün sabitliyini təmin etmək cəhdlərində layihənin bütün iştirakçılarına yeni-yeni uğurlar arzulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info