“Bakıda Rusiya idmançıları, jurnalistləri və azarkeşlərini görməkdən çox məmnun olacağıq”
Tarix: 02.06.2015 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


“Biz Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməyə çalışırıq”.
Bunu xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfəri zamanı “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarının keçiriləcəyi gün yaxınlaşır:
“Bu oyunlar ilk dəfə keçiriləcək. Olimpiya xartiyasına əsasən Azərbaycan Avropa oyunlarını keçirməklə, öz zəngin təcrübəsinə söykənərək nəinki Avropada, o cümlədən onun hüdudlarından kənarda sülh, sabitlik, tərəqqi, dostluq, mədəniyyətlər və dinlərarası dialoqa təkan verir. Bu oyunlar kifayət qədər geniş miqyaslı olacaq. Biz 20 idman növü üzrə 6 mindən çox idmançı qəbul etməyi planlaşdırırıq. Onları 3 mindən çox şəxs müşayiət edəcək. Biz həmçinin Rusiya Kütləvi İnformasiya Vasitələrindən 150 nümayəndənin iştirak edəcəyini gözləyirik. Onlar tək Moskvadan deyil, Rusiyanın digər regionlarından da olacaq. Biz Bakıda Rusiya idmançıları, jurnalistləri və azarkeşlərini görməkdən çox məmnun olacağıq”.
Nazir Rusiyanın Soçidə uğurlu olimpiada keçirdiyini xatırladıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info