“Bakı-2015”: “Məşəlin Bakı marşrutu açıqlanıb”
Tarix: 02.06.2015 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


“Bakı-2015” Avropa Oyunlarının Məşəlinin Bakıdakı marşutu açıqlanıb.
Məşəl 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməsindən əvvəl 7-10 iyun tarixlərində paytaxtımızın bir çox məkanlarında olacaq.
Məşəl bazar günü, iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək. İyunun 8-də Məşəl “Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan - Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək. Çərşənbə axşamı Məşəl bir çox tarixi önəmli binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycanın arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı daxildi.
Məşəlin növbəti səfəri çərşənbə günü, 10 iyun tarixində Bakının mədəniyyət və memarlıq obyektlərinə, məsələn, Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək. İyunun 11-də Məşəl final vaxt üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.
Qeyd edək ki, “Bakı-2015” Məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunları ismarıcını yayaraq və bütün əhalini təmtəraqlı yarışlar ərəfəsində cəlb edərək, Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gətirilməzdən əvvəl ölkənin 60 bölgəsinə səfər etmiş olacaq və alov festivalı keçirilən şəhərə bir saatlıq məsafədə yerləşməklə bölgə əhalisinin 99 faizinə göstəriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info