Azad Rəhimov: “Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”
Tarix: 02.06.2015 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


“Birinci Avropa oyunlarına 10 gün vaxt qalsa da, Bakı gələcək qonaqları qarşılamağa tam hazırdı”.
Bu sözləri “Bakı-2015”in İcraçı Direktoru Azad Rəhimov deyib.
Gənclər və İdman naziri “Bakı-2015” Məşəlinin Bakı marşrutunun açıqlanması ilə bağlı keçirilən tədbirdə son hazırlıqlardan söz açıb. Bundan əlavə, o, Məşəl səyahətinə də toxunub: “Bakı Avropa Oyunlarına tam hazırdır. Buna idman obyektləri və Atletlər Kəndi daxildir. “Bakı-2015”in Məşəli 1 aylıq səyahətini 5 gün sonra başa vurub, Bakıya qayıdacaq. Məşəl səyahətində 150 nəfər iştirak edib. İdman üzrə göstərilən xidmətləri və yerli təşkilatlar üçün öz vacibliyi ilə seçilən 1000-dən çox məşəlçi Avropa Oyunları Məşəlinin daşınması şərəfinə nail olublar”.
Azad Rəhimov vurğulayıb ki, Ermənistan Avropa Oyunlarını canlı yayımlamaq istəyir: “Ermənistan Avropa Oyunlarını televiziya vasitəsilə göstərmək istəyindədir. Lakin hələ rəsmi bir şey yoxdur və danışıqlar davam edir. Bizdə olan məlumata görə, Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”.
”Bakı-2015”in İcraçı Direktoru müğənni İlhamə Quliyevanın da məşəl daşımasına aydınlıq gətirib. O bildirib ki, Bakıda 150 məşəlçi arasında İlhamə Quliyeva da yer alacaq: “Ola bilsin, qaça bilməsin, amma 10-20 metr yerisin. Yəni, o, məşəlçilər arasında olacaq”.
Nazir məşhur idmançıların məşəli daşımamasına da münasibət bildirib. Onun sözlərinə görə, məşəli sırf idmançıların daşıması ilə bağlı əvvəldən də ideya olmayıb: “Biz rayonlara müraciət etdik. Orada tanınmış, ictimaiyyəti əhatə edən insanlar idi. Təkcə idmançılar yox, digər tanınmış şəxslərin siyahısı təqdim olunub. Azərbaycanı dünyaya tanıdan insanlar idilər. Məsələn, Əlibaba Məmmədov deyir ki, səhhətimlə əlaqədar, məşəli daşımaq çətindir. Biz də onu anlayışla qarşıladıq və məşhur xanəndəmizi layiqli adamla əvəz edəcəyik”.
Qeyd edək ki, tədbirin sonunda keçmiş güləşçi Fərid Mansurov məşəli bir daha nümayiş etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info