Lənkəran Şəhər İcra Hakimiyyəti təkzib edir
Tarix: 02.06.2015 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Lənkəran Şəhər İcra Hakimiyyətindən SİA-nın poçtuna məktub daxil olub. Məktubda yenə diqqət mərkəzinə bəzi "jurnalist"lərin "araşdırması" düşüb. Lənkəran Şəhər İcra Hakimiyyətinin təkzib dolu məktubunda yazılanları dəyərli oxucularımızın mühakiməsinə buraxırıq. Buyurun siz də tanış olun:
Azərbaycan olduqca mühüm bir hadisəyə I Avropa Oyunlarına hazırlaşır. Bu KİV-in bir nömrəli mövzusudur. Təəssüf ki, bir sıra mətbu orqanlar bu mühüm olaya yer ayırmaqdansa həmin müstəvidə reket jurnalistikaya xas niyyət və məqsədlərinin reallaşdırılmasına imkanlar yarandığı anlamına gəlirlər. “Sonolay.org” internet saytı da özünün bu gün yayımladığı “Taleh Qaraşov Lənkəranda Avropa Oyunlarına pul yığdırır” başlıqlı məlumatla girəvəni əldən verməmək niyyətini nümayiş etdirir. Məlumat, belə desək, sivil jurnalistikaya aid nümunələrdən çox-çox uzaqdır. Onun tamamilə yalan, iftira, böhtan olduğunu açıqlamazdan əvvəl nəyə görə təqdim olunmasına aydınlıq gətirmək istərdik. “Sonolay.org” saytının rəhbəri Ramin Məhəmmədoğlu 29 may 2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 nömrəli mobil telefonla Lənkəran Şəhər İcra Hakimiyyətinə zəng edərək hansısa mənbədən ona Lənkəranda I Avropa Oyunlarına köməklik adı ilə pul yığılması barədə yazı daxil olduğunu bildirib. Müəmmalı mənbəyə məxsus materialın dərc olunmasında Lənkəran ŞİH və onun rəhbərliyinin hərtərəfli ziyan çəkəcəyini nəzərə çatdırıb. Bunun qarşısının alınması üçün xidmətini təklif edib. Qeyd edib ki, yazının dərc olunması üçün ona 500 manat təklif olunur. Baş redaktor yazının dərc olunmaması üçün icra hakimiyyətindən alternativ variant soruşub. Təbii ki, belə şər variantına qarşı heç bir təklifimiz ola bilməzdi. “Sonolay.org”un rəhbərliyi 3 gün gözləyəndən sonra 01.06.2015-ci il tarixdə saat 13 radələrində 051-797 64 64 nömrəli və işçisi 055-242 79 59 nömrəli mobil telefonla yenidən zəng edərək xəbərdarlıq xarakterli fikirlərini dilə gətiriblər. Bildiriblər ki, onları qane edəcək məbləğdə pul vəsaitinin verilməyəcəyi təqdirdə yazı “sonolay.org” saytı ilə yanaşı digər saytlarda da dərc olunacaqdır. ŞİH-i əməkdaşının hansısa yalan informasiyaya görə belə sövdələşmənin ağlasığmaz olduğunu deməsini görən sayt rəhbəri məqsədinə nail ola bilməyəcəyini görüb məlumatı yayımlamışdır.
Qeyd edək ki, I Avropa Oyunları bütün Azərbaycan xalqı kimi lənkəranlıların da tarixi nailiyyətidir. Lənkəranlıların Avropa Oyunlarının məşəlini qarşılayarkən keçirdikləri sevinc hissi bunu bir daha sübut etdi.
Buna görə də tam qətiyyətlə bilərik ki, sivil jurnalistika ilə bir araya sığmayan, yalan, böhtan yolu seçənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Bunun son nəticəsi heç də arzu olunan deyil. Yəni həm media, həm də hüquqi müstəvidə cavabdehlik doğura bilər.
Sonda əlavə edək ki, “sonolay.org” saytının seçdiyi yol heç də təsadüfi deyil. Sayt Azərbaycan Mətbuat Şurasının qara siyahısında olan “Sonolay” qəzetinin varisidir, təsisçi də, baş redaktor da eyni şəxsdir. Göturulən yol da, üslub da dəyişilməzdir - REKET JURNALİSTİKA!




 
Bölməyə aid digər xəbərlər
26.08.2019
Leyla Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyib
26.08.2019
Azərbaycan Prezidenti İlham Əliyev Allahşükür Paşazadəni doğum günü münasibətilə təbrik edib
26.08.2019
Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb
26.08.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info