“Ermənistan dünya ictimaiyyətinin çağırışlarına məhəl qoymur”
Tarix: 02.06.2015 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Ermənistan beynəlxalq hüquq normalarını, BMT nizamnaməsini kobud şəkildə pozmaqla Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Nezavisimaya qazeta” qəzetinə müsahibəsində deyib.
Müxbirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran nazir bildirib: “Nəticədə Azərbaycan ərazisinin təqribən 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı amansız etnik təmizləməyə məruz qalıb. Bundan başqa, bütün hüquq normalarını pozmaqla Ermənistan silahlı qüvvələri hökumətin də iştirak etdiyi hərbi təlimlər keçirir. İşğal edilmiş torpaqların Suriya və Liviya qaçqınları ilə məskunlaşdırılma cəhdləri də davam edir. Bütün bu ehtiyatsız addımlar və neqativ elementlər münaqişənin sülh yolu ilə nizamlanmasına ciddi şəkildə əngəl olur”.
E.Məmmədyarov həmçinin qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh sazişi ilə bağlı israrlı çağırışlarına baxmayaraq, münaqişə ilə bağlı məsələdə irəliləyiş yoxdur, belə ki, Ermənistan bütün bu çağırışlara məhəl qoymur: “Hesab edirik ki, bu münaqişənin nizamlanması məsələsində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk Qrupu həmsədrləri və sülhməramlı missiyası Ermənistanı sülhə vadar etməklə bağlı tədbirlər görməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Mirmahmud Mirəlioğlu Əli Kərimli haqqında: Allaha, Elçibəyə nə cavab verəcək?
26.06.2019
Avropa Şurasının yeni Baş katibi seçilib
26.06.2019
Strasburqda Azərbaycanda aparılan islahatlara həsr olunmuş tədbir keçirilib
26.06.2019
NATO-nun mənzil qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
26.06.2019
Azərbaycan Ordusunun zabiti beynəlxalq forumda sertifikata layiq görülüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info