Səfirimizin “Bakı-2015”lə bağlı müsahibəsi dərc edilib
Tarix: 02.06.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayevin Efiopiyanın nüfuzlu “The Ethiopian Herald” qəzetində “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı növbəti müsahibəsi dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfir E.Abdullayev müsahibəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları haqqında geniş məlumat verərək, Oyunlarda 20 idman növü üzrə 6 mindən çox idmançının iştirak edəcəyini bildirib. Azərbaycanın bu mötəbər tədbirə tam hazır olduğunu qeyd edən diplomat ölkəmizdə ən müasir idman komplekslərinin fəaliyyət göstərdiyini vurğulayıb.
Səfir aprelin 26-da Azərbaycanın, Avropanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdiyini qeyd edərək, Bakıda ilk Avropa Oyunlarının məşəlinin alovlandırıldığını diqqətə çatdırıb. O, Avropa Oyunlarında 15 min nəfərdən artıq könüllünün fəaliyyət göstərəcəyini bildirib.
E.Abdullayev müsahibədə qeyd edib ki, Avropa Oyunları ilk dəfə keçirildiyinə və Azərbaycan bu Oyunlara ev sahibliyi etdiyinə görə ölkəmiz tarixə imza atacaq.
Səfir, həmçinin Azərbaycanda həyata keçirilən iqtisadi, sosial layihələr barədə məlumat verib, ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari il mayın 18-19-da Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info