Berluskoni faşist Mussolinini tərifləyib
Tarix: 28.01.2013 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


İtaliyanın “La Stampa”qəzeti xəbər verir ki, İtaliyada hökumət seçkilərinə az bir vaxt qalmış ölkənin sabiq baş naziri Silvio Berluskoninin yəhudilərin soyqırımı ilə bağlı keçirilən anım tədbirində İkinci Dünya müharibəsi dövründə İtaliyaya liderlik edən Benito Mussolini ilə bağlı söylədiyi fikirlər solçu partiyaların qəzəbinə səbəb olub.

Berluskoni çıxışı zamanı yəhudilərin öldürülməsinə hökm verənlərdən biri olan Mussolinini tərifləyib, onun yaxşı lider olduğunu bildirib. O, Mussolininin almanların Nasist partiyası tərəfindən yəhudilərə qarşı qəbul edilən qanun layihəsinə tərəfdar çıxmasını düzgün addım hesab etməsə də, həmin dövrdə onun ölkənin gələcək taleyi üçün zəruri addımlar atdığını qeyd edib. "Həmin dövrdə əhalinin taleyinə təsir edə biləcək qərarlar verən insanların yerində olmaq asan deyildi. Mussolininin Hitler Almaniyası ilə tərəfdaşlıq altında yəhudilərə qarşı mübarizəsi və onların soyunu qırmaq cəhdləri olub. İrqçiliyi önə çıxaran qanunlara dəstək olmaq onun ən böyük qüsuru idi. Lakin, ümumilikdə, o, çox gözəl siyasət yürüdürdü",-deyə Berluskoni bildirib.
Solçu koalisiyanın lideri Antonio İnqroya bu sözlərinə görə Berluskonini İtaliya xalqının qara ləkəsi adlandırıb.
Qeyd edək ki, 1938-ci ildə Mussolini yəhudilərin universitetə daxil olmasını və hər hansı bir ixtisasa yiyələnməsini qadağan edən qanun qəbul etmişdi.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info