ATGTİ nümayəndələri Xəzəryanı ölkələri Gənclərinin II Sammitində iştirak ediblər
Tarix: 02.06.2015 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


27-31 may tarixlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müşaviri Nurxan Babayev və Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov İran İslam Respublikasında Xəzəryanı ölkələri Gənclərinin II Sammitində iştirak ediblər.
Səfər çərçivəsində tədbir iştirakçıları İran İslam Respublikasının gənclər nazirinin müavini, sektor müdirləri və bir çox rəsmilərlə görüş keçiriblər. Tədbirdə ölkəmizlə bərabər Rusiya, Qazaxıstan, Türkmənistan və İran nümayəndə heyətləri iştirak edib. Tədbirin əsas məqsədi Xəzəryanı ölkələrin gəncləri arasında dostluq əlaqələrinin güclənməsi, gənclər təşkilatları arasında təcrübə mübadiləsinin aparılması olub. Tədbirdə nümayəndələrimiz iştirakçılara Azərbaycan gənclər siyasəti, gənclər sahəsində görülən işlər və ATGTİ haqqında məlumat veriblər. Sammitin sonunda rezolusiya hazırlanıb, baxılması və imzalanması üçün hər bir ölkənin nazirliyinə təqdim edilib . Xatırladaq ki, ilk sammit keçən il Həştərxanda keçirilib və iştirakçı ölkələrin prezidentləri də sammitdə iştirak edib.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəşad Musayev, Bakı Gənclər Klubunun sədri Azər Cavadov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Xəvdicə Damadayeva iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info