Roberts: “Avropa Rusiyadan nümunə götürərək ABŞ-ın vassalı olmaq istəmir “
Tarix: 02.06.2015 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


«Vaşinqton Avropa Birliyini Rusiya ilə əsassız risklərə sövq etməyə sürükləyir. Təbii ki, bu da son nəticədə Avropanı ABŞ-dan asılı olan vassallıq siyasətini nəzərdən keçirməyə məcbur edəcək». Bu fikirləri amerikalı politoloq və iqtisadçı Pol Kreyq Roberts «KWN» nəşrinə verdiyi müsahibədə bildirib.
Avropa Birliyi ölkələri Rusiya ilə münaqişəyə Vaşinqtonun səyləri nəticəsində cəlb olunublar. Lakin Rusiyanın özü ABŞ tərəfindən tətbiq edilən vassalizmə boyun əymədi: «Mən belə fikirləşirəm ki, biz öz düşüncələrimizdə həm Rusiyanı, həm də Çini vassal dövlət kimi təqdim edə bilərdik. Lakin bunlar yanlışlıq olardı. Bu dövlətlər vassal olmaq fikrindən uzaqdırlar. Belə hadisələr ancaq ABŞ-ın öz boyunduruğunda saxladığı Avropanın tolerant təbəqəsinə təsir göstərə bilər»-deyə, Roberts bildirib.
ABŞ-ın Avropanı Rusiya ilə münaqişəyə cəlb etməkdə maraqlı olduğunu bir daha nəzərə çatdıran amerikalı politoloq xatırladır ki, «Rusiya ilə belə bir münaqişə ölkələr arasında iqtisadi əlaqələrin süqutuna və soyuq müharibənin yenidən bərpa olunmasına yol açır». Robertsin fikrincə, avropalı siyasətçilər nəhayət ki, belə bir sual barədə düşünməlidirlər: «Vaşinqton bütün bunları nəyə görə həyata keçirməyə cəhd edir? Öz hərəkətlərinə elə öz münasibətlərini dəyişmək üçünmü?» Bütün bunlarla yanaşı, ameriklı politoloq "Amerika imperiyası"nın dağılması üçün bir-neçə tələb»in icrasının gözlənildiyini
etiraf etmək məcburiyyətində qalır: «Əgər Avropa ölkələrindən hansısa birinin Avropa Birliyini və ya NOTO-nu tərk edəcəyi təqdirdə, bu dağılma öz təşəkkülünü tapacaq». Robertsə görə, bu addımı atacaq ilk Avropa dövləti Yunanıstan olacaq. .

Haşiyə çıxırıq qeyd etmək yerinə düşər ki, bir müddət bundan əvvəl Yaponiyanın «JB Press» nəşri də bu məsələ ilə əlaqədar məqalə ilə çıxış etmişdi. Nəşr həmin məqalədə iddia edirdi ki, baş verən hadisələr fövqündə ABŞ Avropa Birliyini Rusiya ilə «üz-üzə» qoya bilər: «ABŞ-ın mövqeyindəki dəyişikliyə baxmayaraq (təbii ki, burada nəşr ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiyaya səfərini qeyd edir), Avropa Birliyinin əli ilə Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalar, sonda Avropa Birliyinin özünü rəzil vəziyyətə sala bilər».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
İsraildə koronavirusa yoluxanların sayı 9,2 mindən çox olub
07.04.2020
ABŞ-da koronavirus qurbanlarının sayı 12 min nəfəri keçib
07.04.2020
Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb
07.04.2020
Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb
07.04.2020
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info