“Rusiya və Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bizi çox sevindirir”
Tarix: 02.06.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Biz beynəlxalq arenada müstəqil, aktiv xarici siyasət kursu həyata keçirməyə çalışırıq və Azərbaycanın son 10 ildə siyasi, iqtisadi, sosial sahələrdə əldə etdiyi uğurlar bu işdə bizə kömək edir”. Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri zamanı yerli “Nezavisimaya qazeta”ya müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycan öz siyasətini beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsasən həyata keçirir: "Dövlətlərarası münasibətlərdə Azərbaycan qanunun aliliyi və dövlətlərin öz öhdəliklərini yerinə yetirməsi prinsiplərinə sadiqdir. Azərbaycan dünyada daha çox dövlətin sıx əməkdaşlıq etmək istədiyi etibarlı tərəfdaş hesab edilir. Azərbaycanın 2011-ci ildə BMT TŞ-yə üzv seçilməsi zamanı göstərilən dəstək sözlərimin sübutudur. Bu gün Azərbaycanın xarici siyasəti qarşısında duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqların Ermənistan tərəfindən işğalına son qoyulması və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərqərar olmasıdır. Bizim xarici siyasətimizin prioritetləri həmçinin dost ölkələrlə əməkdaşlığın genişlənməsi və dərinləşməsi, iqtisadi maraqlarımızın, enerji və nəqliyyat strategiyamızın təşviqi, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, mədəni və humanitar diplomatiyanın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının müdafiəsidir”.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan ikitərəfli münasibətlərini mehriban qonşuluq, bir-birinin daxili işinə qarışmamaq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq çərçivəsində qurmağa çalışır: “Rusiya və Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bizi çox sevindirir. Bu gün münasibətlərin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir və bütün sahələri əhatə edir. Bizim münasibətlər qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiya və Azərbaycanın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsindəki əməkdaşlığı regionda stabillik və təhlükəsizliyin təmin olunmasına vacib töhfə verir. Turizm sahəsində də inkişaf üçün yaxşı perspektiv var. İlbəil Rusiyadan gələn turistlərin sayı artır. Bizdə rusiyalıların istirahəti üçün yaxşı şərait var. Yaxın məsafədədir və dil baryeri yoxdur”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info