BANM “SOCAR UPSTREAM Management International MMC” şirkəti ilə əməkdaşlıq edəcək
Tarix: 02.06.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifovun rəhbərliyi ilə BANM-ə gələn nümayəndə heyətini qəbul edib. Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq məsələləri, sözügedən şirkətlə Bakı Ali Neft Məktəbi arasında nəzərdə tutulan tərəfdaşlıq imkanları müzakirə olunub. Görüşdə, həmçinin Bakı Ali Neft Məktəbi ilə “SOCAR UPSTREAM Management International MMC” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın məqsədi BANM-də müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək üçün zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsidir. Belə ki, BANM ilə şirkət öz nizamnamələri və səlahiyyətləri çərçivəsində bir sıra sahələr üzrə əməkdaşlıq edəcəklər.
Bununla yanaşı, BANM-də tətbiq edilən tədris proqramları çərçivəsində BANM-in tələbələri üçün şirkətin mütəxəssisləri tərəfindən mühazirələr oxunması, onların müəllim kimi fənlərin tədrisinə cəlb olunması, BANM-in tələbələrinin şirkətin müəssisələrində təcrübə keçməsi, BANM-in məzunları üçün iş imkanlarının nəzərdə tutulması, BANM-in tələbələrinin yay təcrübə proqramlarında iştirakının təmin edilməsi, tələbələr üçün kursların təşkil edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə birgə seminarların və ixtisasartırma kurslarının təşkil edilməsi nəzərdə tutulur. Əməkdaşlıq haqqında razılaşmanı Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “SOCAR UPSTREAM Management International MMC” şirkətinin İcraçı direktoru Yaşar Lətifov imzalayıblar.

Nigar





 
Bölməyə aid digər xəbərlər
05.08.2020
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
05.08.2020
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
03.08.2020
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də
03.08.2020
“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO
02.08.2020
Baş Prokurorluq: Siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info