Saakaşvili erməni yeparxiyasına cavab verdi
Tarix: 28.01.2013 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Prezident Mixail Saakaşvili Gürcüstanın erməni yeparxiyasının rəhbərliyinin Rusiya casusunun ölkə həbsxanasından buraxılmasına reaksiyasından və bu məsələnin onlar tərəfindən siyasiləşdirilmiş bəyanatın motivi olması faktından təəccüblənib. Bu barədə dünən Gürcüstan Prezidenti Administrasiyasının yaydığı bəyanatda deyilir.

"Gürcüstanın erməni yeparxiyasının Gürcüstan vətəndaşı Vaaqna Çaxalyanın həbsdən azad edilməsinə dair son bəyanatı təəccüb doğurur" - deyə bəyanatda qeyd olunur. Prezident öz bəyanatında bildirib ki, Çaxalyanın etnik mənsubiyyəti heç bir əhəmiyyət daşımır. Məsələ Gürcüstan vətəndaşının törətdiyi cinayətkar əməllərdir: "Gürcüstan Prezidenti dəfələrlə keçirilən amnistiyaya, xüsusilə, aralarında əksəriyyəti etnik gürcülər olan Rusiya casuslarının azad edilməsinə özünün kəskin mənfi münasibətini ifadə edib". Bəyanatda bildirilir ki, Gürcüstanın erməni yeparxiyasının bu siyasi mövqe ilə bağlı ifadə etdiyi reaksiya anlaşılmazdır. Başa düşmək çətindir ki, konkret cinayətkarların, Rusiya casuslarının azad edilməsi faktı və Gürcüstanın yeni hökumətinin əsaslandırılmış tənqidi Gürcüstanın erməni yeparxiyasının rəhbərliyinin siyasiləşdirilmiş bəyanatı üçün motivə çevrilib.
Qeyd edək ki, erməni yeparxiyası bəyanat yayaraq Prezidenti və onun partiyasını bu yaxınlarda Gürcüstan parlamentinin amnistiya haqqında qanunla azad etdiyi erməni fəal Vaaqna Çaxalyanla bağlı "təxribatçı bəyanatlar"dan əl çəkməyə çağırıb.
Bir müddət əvvəl Saakaşvili bəyan etmişdi ki, Çaxalyan Rusiya xüsusi xidmət orqanlarının casusudur və əsasən ermənilərin yaşadığı Samstxe-Cavaxeti regionunun Gürcüstandan zorla alınmasına çalışır.

Gürcü ekspert: “Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarını
geri qaytarmalıdır”

“Qarabağ məsələsi müasir beynəlxalq münasibətlərdə ən çətin və aktual problemlərdən biridir. Bu strateji və vacib regionda bir çox ölkələrin və xalqların maraqları kəsişir.”
Bunu APA-ya açıqlamasında Gürcüstan Humanitar-İqtisadiyyat Kollecinin dekanı Marina İzoriya deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan arasında olan “dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda mövcud olan “nə müharibə, nə sülh” vəziyyəti uzun müddət davam edə bilməz: “Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan problemlər bölgənin Avropa Birliyi və ABŞ-la iqtisadi-ticarət əməkdaşlığının inkişafını çətinləşdirir. Ermənistan xarici siyasətinin prioritetlərinə yenidən baxmalıdır. Ən əsası isə, işğal etdiyi torpaqları Azərbaycana geri qaytarmalıdır”.







 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info