Dürdanə Məmmədova: “Avropa Oyunlarını izləməyi səbirsizliklə gözləyirəm”
Tarix: 02.06.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


“Bakı 2015” I Avropa Oyunları müstəqil Azərbaycan tarixində ən mühüm hadisələrdən biridir və öz əhəmiyyətinə, miqyasına görə, bu oyunlar Olimpiadaya bərabərdir və qlobal xarakter daşıyır. Ölkəmizdə reallaşacaq belə möhtəşəm bir tədbir müxtəlif sahələrdə təmsil olunan insanlar tərəfindən yüksək qiymətləndirilir. Bu gün xüsusilə də gənclərimiz Avropa Oyunlarının ölkəmizdə keçirlməsindən fərəh hissi duyur və bu Oyunlara böyük ümidlərlə baxırlar. Çünki bu Oyunlar Azərbaycanın təbliği, dünyada daha da tanınması ilə yanaşı, gənclərin idmana marağının daha da artmasında mühüm rol oynayacaq. Belə gənclərdən biri, Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin Ədəbi-diyarşünaslıq dərnəyinin rəhbəri Dürdanə Məmmədova da Avropa Oyunlarının ölkəmizin tarixində silinməz izlər buraxacağının deyir:
- Bizim üçün sevindirici və qürurlandırıcı məqam odur ki, bu tarixi səhifə məhz Azərbaycanda yazılacaq. Ölkəmiz artıq neçə illərdir ki, beynəlxalq səviyyəli müxtəlif idman tədbirlərinə ev sahibliyi edir və bu baxımdan zəngin təcrübəyə malikdir. Bu isə təsadüfi deyil. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin digər qolları kimi, idman siyasəti də dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezidentin rəhbərliyi altında ölkəmiz son illər bütün dünyanı müsbət mənada heyrətləndirən layihələrə imza atır. Dünya idmanı tarixində ilk dəfə keçiriləcək Avropa Oyunları da ölkə başçımızın qətiyyəti və iradəsinin məntiqi nəticəsidir. Avropa Oyunlarının keçiriləcəyi məlum olandan sonra, bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yaradıldı. Qısa müddət ərzində Təşkilat Komitəsinin səyi nəticəsində ölkəmiz belə bir Oyunun keçirilməsi üçün tam hazır vəziyyətə gətirildi. Artıq Oyunların keçirilməsinə 10 gün vaxt qalır. Ümumiyyətlə, Bakıda keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın dünya miqyasında tanınması, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsi olduğunu sübut edir. Günü-gündən iqtisadiyyatımızın güclənməsi, paytaxt və bölgələrimizin abadlaşması, bir çox beynəlxalq tədbirlərin keçirilməsi də buna sübutdur. Ölkəmiz qədim tarixi, coğrafi-iqtisadi mövqeyi ilə hər zaman diqqət mərkəzində olub. Həmçinin dini, dili, mentaliteti, milli-mənəvi dəyərləri, kulinariyası, musiqi mədəniyyəti, tarixi-memorial abidələri keçmiş zamanlardan qorunaraq bu günə kimi təbliğ olunmaqdadır.
Azərbaycana gələn turistlər ölkəmizə olan maraqlarını hər zaman etiraf ediblər. Azərbaycanın iqtisadi-siyasi durumunun güclü olması, təhsil, səhiyyə, idman sahəsində uğurlu addımlarının artması məni bir vətəndaş kimi sevindirir. Bakıda keçiriləcək bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa Oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6000- dən çox idmançı iştirak edəcək. Olimpiya Oyunları dünya üzrə keçirilir və builki yarışma Avropa üçün bir yenilikdir. Ümidvaram ki, Avropa Oyunları gözəl bir nəticə verəcək. Eləcə də bu Oyunlarda Azərbaycanın qalib idmançılarının sayı çox olacaq. Avropa Oyunlarında idmançılarımıza uğurlar arzu edirəm, onları dəstəkləyirəm. Avropa Oyunlarını izləməyi səbirsizliklə gözləyirəm.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması kimi tarixi missiyanı yerinə yetirib
16.06.2019
Bakıda xeyirxah və səmimi mühit var
16.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etdi
16.06.2019
Türkiyə dünyanın bütün regionları ilə münasibətlərini inkişaf etdirmək istəyir
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasnı qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info