Əli Əhmədov: “Azərbaycan Avropanın idman tarixinə öz adını yazacaq”
Tarix: 02.06.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Azərbaycanın inkişafından qısqanclıq keçirən, bunu görmək istəməyən qüvvələr var. Çox təəssüf hissi ilə deyirəm ki, Avropanın mötəbər qurumları həmin qüvvələrin təsiri altında hərəkət edir". Bunu baş nazirin müavini, YAP sədrinin müvini - icra katibi əli Əhmədov deyib. İyunun 10-da Avropa Parlamentində Azərbaycanla bağlı planlaşdırılan dinləmələrə toxunan Ə. Əhmədov buna təəssüfləndiyini qeyd edib: “Müzakirələrdə hər hansı qətnamə qəbul olunacaqsa belə, güman edirəm ki, bunun Azərbaycana hər hansı təsiri olmayacaq. Bu addımlar sadəcə bizim münasibətlərimizə, Azərbaycanla Avropa İttifaqı, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərə təsir edə bilər. Biz dünyaya, Avropa İttifaqına inteqrasiya etməyə hazır olan ölkə olduğumuzu dəfələrlə sübut etmişik, bu istiqamətdə bəyanat vermişik. Amma kimsə bizə nəyisə zorla qəbul etdirmək istəyirsə, bu, düzgün siyasət deyil. Azərbaycan indi elə bir səviyyəyə çatıb ki, ona kimsə öz iradəsini zorla qəbul etdirə bilməz. Bu sıraya mötəbər təşkilatlar da daxildir". O, Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyini qeyd edib: "Azərbaycan Avropanın idman tarixinə öz adını yazacaq. Hesab edirəm ki, Avropanın tarixinə də məhz bu yazılacaq. Avropa Parlamentinin qəbul etdiyi qətnamə isə elə kağız üzərində qalacaq. Belə hallar əvvəllər də olub. Azərbaycanda keçirilən "Eurovision" ərəfəsində də bunu etmişdilər, ancaq Azərbaycanın bu müsabiqəni keçirməsinə heç bir təsir göstərə bilmədi".

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info