“Atlantico”: “Artıq Qərbdə hüquqi dövlət yox, dövlətin xüsusi hüquqları var”
Tarix: 02.06.2015 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


“Artıq hakimiyyətin bölünməsi halı yoxdur”

Fransanın "Atlantico" nəşri ABŞ və Qərb tərəfindən dünyada azadlıqların məhdudlaşdırıldığı barədə maraqlı yazı yazıb. Yazıda qeyd edilir ki, “liberalizm iqtisadi deyil, hüquqi doktrinadır”. Müəllif Şarl Qav yazır ki, liberalizm maarifin bir hissəsini təşkil edir və təcrübədə özündə onu əks etdirir: “O vaxt bununla bağlı məqsəd belə idi ki, dövlət aparatı hamıya xidmət etməli idi, özü- özünə yox. Bu, müasir cəmiyyətlərin ən vacib əsasıdır və 1930-cu illərdən özünə qarşı güclü təzyiq hiss edir: bu reqressiv hərəkat texnokratik siniflərin gücü ilə həyata keçirilir və onlar bizi hər yerdə idarə edirlər. Bir çoxları onları siniflər adlandırır. Bu sinif lər iki böhran tərəfindən istifadə edilir. Bu böhranlar 21-ci əsrin başlanğıcında dünyanı silkələdi. Biz hüquqi dövlətdən(Bu, yalnız liberalizm sistemi əsasında reallaşa bilər) dövlətin hüququna(Bu isə özündə liberalizmi inkarı ehtiva edir) keçəndə bu böhranlar baş verdi.
Beləliklə, söhbət hansı böhranlardan gedir?
Birincisi, bu, ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş verən terrordur. Bundan başqa, 2008-2009-cu illərdə “Lehmann Brothers”in iflasa uğraması ilə başlayan böhran da hər kəsin yadındadır. O vaxt Obamanın məsləhətçilərindən biri Rahm Emmanuel belə bildirmişdi: “Belə bir gözəl böhranı əldən vermək çox yersiz olardı”.
Qeyd etməyə bilmərəm ki, həmin fəlakətli hadisələrdən sonra Qərbdəki dövlət hakimiyyətləri terror və maliyyə böhranlarından bizim şəxsi azadlıqlarımızı radikal şəkildə məhdudlaşdırmaq üçün istifadə etməyə başladılar.
Birinci növbədə, bizim texnokratlara əhalinin maliyyə əməliyyatlarını real vaxt rejimində izləməyə imkan verən vasitələr işə düşdü. Burada kompüter texnologiyalarını nəzərdə tuturam.
Bizim dövrdə istənilən ödəmə sazişi hansısa kompüterdə izini saxlayır. Bütün bu ödənişlər iki böyük hesablama palatasından keçir – onlardan biri Lüksemburqda, digəri, dollar əməliyyatları ilə olanları ABŞ-da saxlanılır.
Bu isə ondan xəbər verir ki, faktiki olaraq bank sirləri artıq heç yerdə yoxdur.
2001-ci ildən çoxlu beynəlxalq razılaşmalar əldə olunub ki, bunların sayəsində hər kəsin hesabını açmaq mümkündür. Bundan başqa, ABŞ-ın hüquq və qanunları dollarla həyata keçirilən bütün əməliyyatlara şamil edilir. Əvvəllər fransız və Belçika bankları dollarla əməliyyat keçirəndə, Amerikaya bunun dəxli yox idi. İndi amerikan hesab sistemi ilə aparılan istrənilən bank əməliyyatı ABŞ qanunlarına tabedir.

“ABŞ-da 2001-ci ilin 11 sentyabrında baş verən terror və 2008-2009-cu illərdə “Lehmann Brothers”in iflasa uğraması ilə başlayan böhran da hər kəsin yadındadır. O vaxt Obamanın məsləhətçilərindən biri Rahm Emmanuel belə bildirmişdi: “Belə bir gözəl böhranı əldən vermək çox yersiz olardı”. Qeyd etməyə bilmərəm ki, həmin fəlakətli hadisələrdən sonra Qərbdəki dövlət hakimiyyətləri terror və maliyyə böhranlarından bizim şəxsi azadlıqlarımızı radikal şəkildə məhdudlaşdırmaq üçün istifadə etməyə başladılar”

Bütün bunlar isə bizim maliyyə təşkilatlarına qarşı çoxmilyardlı cərimələr və vergi qoymalar üçün gözəl imkanlar açır. Burada hücumların istiqaməti həmişə birdir: ya siz ödəyirsiniz, ya biz sizi amerikan lisenziyasından məhrum edirik ki, bu da sizi müflis olmaqla hədələyir. Ola bilər ki, məhkəmə sizin haqlı olduğunuzu etiraf etsin, bu isə on il sonra ola bilər ki, belə bir etirafın da sizə faydası gəlməz. Lap Siciliyada olduğu kimi: bir neçə naməlum adam plaş və gün gözlüyündə sizin Sirakuzda yerləşən bara daxil olaraq deyirlər ki, nə gözəl uşaqlarınız var, əgər onların müdafiəsi üçün ödəniş etməsəniz, onların başına bəla gələ bilər. Burada sadəcə, mafiya qanununu həmin dövlətin qanunu əvəz etmiş olur”.
Buradan biz maliyyə institutlarımızın mərkəzi bir dövlət hakimiyyətinə tabe edildiyinin şahidi oluruq. “Böyük qardaş” tərəfindən maliyyə institutlarının obyektiv olaraq məhkum edilməsi ona imkan verir ki, istənilən uyğun məqamda bilinsin ki, biz sizinlə pullarımızı hara xərcləyirik. Bu isə ağıllara “dostyana” təzyiq üçün məhdudiyyətsiz imkanlar açır ki, düşünəsiniz: “Hakimiyyətdə qalmaq üçün razılaşmaq lazımdır”.
İndi onlar hesablayıblar ki, onlara nəyi bilmək lazımdır, biz nə barədə danışırıq. Buna görə də telefon şəbəkələri və internet daimi müşahidə altındadır, ən güclü kompüterlər isə yoxlayırlar, bilsinlər, “mən hansısa etibarsız şəxslərə zəng etmirəm ki?”.

“İndi onlar hesablayıblar ki, onlara nəyi bilmək lazımdır, biz nə barədə danışırıq. Buna görə də telefon şəbəkələri və internet daimi müşahidə altındadır, ən güclü kompüterlər isə yoxlayırlar, bilsinlər, “mən hansısa etibarsız şəxslərə zəng etmirəm ki?”

Əgər bütün şəbəkələr bu və ya digər şəkildə ABŞ və Avropada yerləşdirilmiş avadanlıqlardan keçirsə, biz sizinlə birgə həmin asılı və məhkum maliyyə təşkilatlarının gününə düşmüş oluruq”.
Yazıda daha sonra qeyd edilir ki, təqsirsizlik prezumpsiyası artıq itirilib: “İndiyə qədər hər bir insanın həyatı bu qədər hakimiyyət institutları üçün şəffaf olmayıb. Bu tendensiya isə yeni güc almaqdadır. Fransada az öncə xüsusi xidmət orqanlarına məhkəmə hakimiyyətinin heç bir nəzarəti olmadan hər kəsi izləmək imkanı verən qanun qəbul edildi. Artıq hakimiyyətin bölünməsi məsələsi real deyil və belə bir hal yoxdur.
Başqa sözlə, biz hüquqi dövlətdən dövlətin hüququna doğru hərəkət edirik: Bu isə özündə intellektual və əxlaqi planda geriyə böyük bir addımı ehtiva edir. Dövlət rəhbərliyi öz xüsusi qanunları ilə yaşayan və hər kəs haqqında hər şeyi bilən imtiyazlı sinifə çevrilib. Bencamin Franklin belə deyirdi: “Əgər siz təhlükəsizlik adına azadlıqlardan imtina etsəniz, sizdə onların heç biri olmayacaq. Biz köləlik yoluna qədəm qoymuşuq”.


İlkin AĞAYEV














 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info