“Azərışıq” Oyunlarla bağlı irimiqyaslı layihələr həyata keçirib
Tarix: 02.06.2015 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı “Azərışıq” ASC tərəfindən irimiqyaslı layihələr həyata keçirilib.
Səhmdar Cəmiyyətindən bildirilib ki, qısa müddət ərzində 6 ədəd 110 kilovoltluq (kv), 14 ədəd isə 35 kv-luq yeni, qapalı tipli, müasir avadanlıqla təchiz edilmiş yarımstansiyalar istismara verilib. Avropa Oyunlarının keçiriləcəyi obyektlərin dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatı təmin olunub. Hər bir yarımstansiyada və transformator məntəqələrində istismar olunan avadanlıq müasir texnologiyalar ilə təchiz edilib. Bundan əlavə idman obyektlərini təmin edən bütün yarımstansiyalar Avtomatlaşdırılmış Dispetçer Uzaqdan İdarəetmə sisteminə (SCADA) qoşulub. Texniki tədbirlərlə yanaşı, xüsusi qərargah yaradılıb. Bütün transformator məntəqələrinə operativ növbətçi heyyəti ilə bərabər “Məsul növbətçi”lər də təhkim edilib. Səyyar əməliyyat və təmir briqadalarına yeni maşınlar verilib. Səhmdar Cəmiyyətin maşın və mexanizmləri hazırlıq vəziyyətinə gətirilib. Avropa Oyunlarının obyektlərini təmin edən yarımstansiyalarda və paylayıcı qurğularda mütəmadi olaraq, sınaq-profilaktika işləri aparılır. Operativ əməliyyat personalı və mühəndis heyətləri ilə əks-qəza məşqləri və treninqlər keçirilir. Enerji təchizatı üzrə 24 saat növbətçilik sistemi təsdiq olunub, obyektlər maşın-mexanizmlər, əlavə avadanlıq və materiallarla təmin olunub. Bundan əlavə, idmançıların və mediya nümayəndələrinin yaşayış yerlərinin - Atletlər kəndinin, Media Mərkəzinin o, cümlədən oyunlarla əlaqədar digər obyektlərin enerji təchizatı tam nəzarətə götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info